Məhkəmə qərarları › İş №2(051)-859/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-859/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-859/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, qızı X6 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X9 onun qızıdır. Şəfəq Əhmədova 16 mart 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, 23 mart 1991-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Şəfəqi 24 mart 1991-ci ildə Ağdaş rayon Aşağı Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. Lakin həmin vaxt başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Qeydiyyat şöbəsinə müraciət edə bilməmişdir. Qızının ölümünün qeydə alınması barədə şəhadətnaməsi olmadığı üçün hüququ əhəmiyyəti olan digər faktları müəyyən edə bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ona qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs, Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Məhəbbət onun qaynı Hümbətin arvadıdır. Həqiqətən də ərizəçinin qızı X9 16 mart 1991-ci ildə doğulmuş və 23 mart 1991ci ildə vəfat etmişdir. Onu Ağdaş rayon Aşağı Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində qohum kimi yaxından iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudur. Bir məktəbdə oxumuşlar, həm də bir yerdə işləyirlər. Həqiqətən də, ərizəçinin qızı X9 16 mart 1991-ci ildə doğulmuş və 23 mart 1991-ci ildə vəfat etmişdir. Onu Ağdaş rayon Aşağı Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının qızı X9 16 mart 1991-ci ildə doğulmuş və 23 mart 1991-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. Onu Ağdaş rayon Aşağı Nemətabad kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 mart 1991-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X3, anası X4r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasındakı nikahın pozulması 17 iyul 2003-cü ildə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına “Kərimova” soyadı verilmişdir. İşə əlavə edilmiş Ağdaş rayon Aşağı Nemətabad kənd Bələdiyyəsi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli 15 saylı arayışda göstərilir ki, X9 24 mart 1991-ci ildə Ağdaş rayon Aşağı Nemətabad kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-24/15 saylı 02 mart 2021-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 23.03.1991-03.03.2021-ci il üzrə yoxlama aparılarkən X6 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X6 23 mart 1991-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X6 23 mart 1991-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 16 mart 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş X6 23 mart 1991-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar