Məhkəmə qərarları › İş №2(051)-870/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-870/2022

18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-870/2022 18.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi Mustafayeva Dilarə Emin qızının iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Mustafayeva Dilarə Emin qızı məhkəməyə müraciət edərək, qardaşı X25 oğlunun ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi Mustafayeva Dilarə Emin qızı məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X16 onun qardaşıdır. Şamil 01.01.1973-cü anadan olmuşdur. Şamil Cəbrayıl rayonunda işləyirdi. X21 11 yanvar 2022-ci il tarixdə Cəbrayıl rayonunda qəflətən vəfat etmişdir. Şamili 11 yanvar 2022-ci ildə Ağdaş rayon Ərəbocaq qəbirstanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat şöbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, 01 yanvar 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş X25 oğlunun 11 yanvar 2022-ci ildə Cəbrayıl rayonunda ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs rəisi Hüseynova Sevinc Elgiz qızı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X18 Yəhya qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qohumudur, ərinin dayısı qızıdır. Şamil Əhmədovu uşaq yaşından tanıyır. Ərizəçinin qardaşı Şamil 11 yanvar 2022-ci ildə vəfat etmişdir. Qohum kimi bütün yas mərasimində iştirak etmişdir. Şamil Cəbrayıl rayonunda işləyirdi, orada da vəfat etmişdir, Ağdaş rayonun Ərəbocaq kəndində dəfn olunubdur. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qohumdur. Şamili yaxından tanıyırdı. Şamil Əhmədov 11 yanvar 2022-ci ildə vəfat etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə 6 ildən çoxdur ki, qonşudur. Ərizəçinin Şamil adlı qardaşını tanıyırdı. Şamil 11 yanvar 2022-ci ildə iş yerində, Cəbrayıl rayonunda vəfat etmişdir. Yaxın qonşu kimi bütün yas mərasimində iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X25 oğlu 01 yanvar 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. X4, anası X7r. İşdə olan doğum haqqında arayışdan görünür ki, X14 xx xxxxxx 1975-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X4, anası X7r. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-11/15 saylı 04 aprel 2022-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 11.01.2022-04.03.2022-ci il üzrə yoxlama aparılarkən X12 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşdə olan Cəbrayıl rayon X11 hüquqi şəxsin 372 №-li 28 fevral 2022-ci il tarixli arayışında göstərilir ki, Mingəçevr şəhəri X.Əliyev küçəsi ev 6-da qeydiyyatda olan X12 meyidi 11.01.2022-ci ildə xəstəxananın həyətində yerləşən meyidxanada Cəbrayıl rayon prokurorunun köməkçisi X10 və İmişli Məhkəmə-tibb ekspertizasının tibb eksperti X20 tərəfindən müayinə olunmuşdur. İşə əlavə edilmiş Ağdaş rayon Prkəkə Bələdiyyəsi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli 03 №-li arayışda göstərilir ki, Mingəçevir şəhərində yaşamış X16 11.01.2022-ci il taixdə Ağdaş rayon Pirkəkə bələdiyyəsinin ərazisində yerləşən Ərəbocağı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı X12 11 yanvar 2022-ci ildə ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X12 11 yanvar 2022-ci ildə Cəbrayıl rayonunda ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 01 yanvar 1973-cü ildə Mingəçevr şəhərində anadan olmuş X12 11 yanvar 2022-ci ildə Cəbrayıl rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar