Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-88/2022 13.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı, «mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 28 iyun 1964-cü ildə vəfat etmiş atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,18 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsinin müəyyən olunması və miras əmlakda 1/5 hissədə miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, bacıları Zərinə və Afina, qardaşları Ramazan və Şaban hələ azyaşlı olan vaxt ataları vəfat etmişdir. Qardaşı Ramazan və bacısı Afina də vəfat emişlər. Cavabdehlərdən Rəvan qardaşı Ramazanın, Şaban qardaşı Şabanın, Azər isə bacısı Afinanın övladıdır. X24 28 iyun 1964-cü ildə, anası Raqif Salahova 04 fevral 2011-ci ildə vəfat etmişlər. ünvan 2 ünvanda yerləşən 0,18 ha torpaq sahəsi atasından miras qalmışdır. Atasının vəfatından sonra bir müddət həmin ünvanda birlikdə yaşamışlar. Valideynlərinin vəfatından sonra hər biri mirası qəbul etmişlər. Hazırda bacısı Zərinə və o, həmin torpağın onlara düşən hissəsindən bölüb istifadə edirlər. Ancaq torpaq sahəsinə miras əmlakın bölünməsi ilə bağlı razılığa gələ bilmirlər. Bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, lakin notariat kontorundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bölünüb hər birinə 1/5 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında İddiaçı izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X24 28 iyun 1964-cü ildə, anası Raqif Salahova 04 fevral 2011-ci ildə vəfat etmişlər. Onlar iki bacı, üç qardaş olmuşlar- o, qardaşları İsfəndiyar, Şaban, Ramazan və bacısı Afina. Atasının ölümündən sonra onlar birlikdə atasına məxsus olmuş evdə yaşamış, torpaq sahəsindən istifadə etmişlər. ünvan 1 ünvanda atasına məxsus 0,18 ha torpaq sahəsi var idi. Sonra o, lazımi sənədləri toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, qeyd edilən torpaq sahəsinə atasının mülkiyyətində olmasını təsdiq edən Çıxarış almışdır. Eləcə dəmirasın faktiki qəbulu ilə məhkəməyə müraciət etmiş, onun ərizəsi təmin olunmuşdur. Atasından miras qalmış torpaq sahəsinin bir hissəsində tikili də aparmışdır. Hazırda miras qalmış torpaq sahəsinə onun, həmin torpaqda tikilmiş evdə yaşayan vəfat etmiş qardaşı Ramazanın ailəsinin daha çox ehtiyacı vardır. Ona görə də atasından miras qalmış torpaq sahəsinə onların miras payının müəyyən olunmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, miras qoyan Əliəsgər Cəfərov onun atası Ramazanın atasıdır. Babasının ödümündən sonra ondan miras qalmış mülkdə uşaqları, eləcə də onun atası yaşamışdır, torpaq sahəsindən də istifadə etmişlər. Sonra babasının uşaqları ailə quraraq babasının mülkündən getmişlər. Ancaq evdə onlar yaşamış, torpaq sahəsindən də istifadə etmişlər. Atası Ramazanın ölümündən sonra da babasından miras qalmış torpaqda olan evdə o, anası və bacıları yaşayır, torpaq sahəsindən də istifadə edirlər. Ancaq torpaq sahəsinin sənədləri tam hazır olmadığına görə bu vaxta kimi mirasın qəbulu ilə bağlı notariata müraciət etməmişlər, miras əmlakdan faktiki istifadə etmişlər. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, miras qoymuş Əliəsgər Cəfərov onun babasıdır. Babasının ölümündən sonra digər vərəsələr kimi onun atası Cavabdeh3 da babasından miras qalmış mülkdə yaşamaqla, torpaq sahəsindən istifadə etməklə mirası faktiki qəbul etmişdir. Atası Cavabdeh3 07 sentyabr 1912-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ondan başqa atasının Nərminə adlı da bir övladı var. Babasının ölümündən sonra atası miras əmlakdan istifadə etməklə, mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də atası Cavabdeh3 Əliəsgər oğlunun da vərəsə kimi miras payının müəyyən olunmasını xahiş edir. Cavabdeh4 məhkəmə iclasında ifadəsində bildirdi ki, miras qoymuş Əliəsgər Cəfərov onun anası Afinanın atasıdır. Babasının ölümündən sonra anası Afina öz X24dan miras qalmış evdə, mülkdə yaşamış, torpaq sahəsindən istifadə etmişdir. Anası Afina 26 yanvar 2016-cı ildə vəfat etmişdir. Anası Cəfərova (Əhmədova) Afina mirası faktiki olaraq qəbul etdiyinə görə anasının da miras payının müəyyən olunmasını xahiş edir. Məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X17 04 fevral 2011-ci ildə, X12 02 iyul 1964-cü ildə, X13 19 yanvar 2016-cı ildə, Cavabdeh3 Əliəsgər oğlu 14.08.1992-ci ildə, X10 22 fevral 2013-ci ildə vəfat etmişlər. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı 01 aprel 1963-cü ildə, Cavabdeh1 11 avqust 1960cı ildə, Cavabdeh3 Əliəsgər oğlu 11 mart 1955-ci ildə, X14 26 oktyabr 1956-cı ildə, X10 04 fevral 1962-ci ildə anadan olmuşlar. Şəhadətnamələrdə onların ataları kimi X12, anaları kimi isə X18 göstərilmişdir. İşə əlavə olunmuş ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi 18 saylı evin 0,18 kv.metr torpaq sahəsinə 28.03.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli, 464 nömrəli cavab məktubundan görünür ki, İddiaçı mirasın bölüşdürülməsi üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin 05.03.2021-ci il tarixli 05/Q-152/15 nömrəli arayışdan görünür ki, XX.XX.1908-ci ildə Ağdaş rayonu Qolqatı kəndində anadan olmuş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 05.03.2021-ci ilədək aparılmış və arvadı- X17 (01.07.1928-ci il təvəllüdlü) ölüb, oğlu- X10 (04.02.1962-ci il təvəllüdlü) ölüb, oğlu Cavabdeh3 Əliəsgər oğlu (11 mart 1955-ci il təvəllüdlü) ölüb, qızı X14 (26 oktyabr 1956-cı il təvəllüdlü) ölüb, oğlu İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) və qızı- Cavabdeh1 (xx.xx.1960-cı il təvəllüdlü) olması aşkar edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 05.03.2021-ci il tarixli, 05/Q-152/15 saylı məktubundan görünür ki, X1 yaşayış yeri Mingəçevir şəhəri Sağ Sahil, Samstroy ev 171 qeyd olunmuşdur. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Əliəsgər oğlu ilə X15 arasında nikah 03 dekabr 1987-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvad Cəfərova soyadını götürmüşdür. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 1988-ci il təvəllüdlü Şaban və 20 fevral 1990-cı il təvəllüdlü Nərminə adlı övladları var. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 arasında nikah 20 noyabr 1994-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvad Cəfərova soyadını götürmüşdür. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 10 noyabr 1995-ci il təvəllüdlü Ofranə, 23 iyun 1997-ci il təvəllüdlü Lalə və xx xxxxxxx 2001-ci il təvəllüdlü Rəvan adlı övladları var. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli faktik hallar kimi müəyyən etmişdir ki, X12 28 iyun 1964-cü ildə, anası Raqif Salahova 04 fevral 2011-ci ildə vəfat etmişlər. ünvan 2 ünvanda yerləşən 0,18 ha torpaq sahəsi Əliəsgər Cəfərovdan miras qalmışdır. Mərhum Ə.Cəfərovun vəfatından sonra onun uşaqları mirası qəbul edərək həmin evdə yaşamışlar. Hazırda vərəsələr miras əmlakdan onlara pay ayrılmasını xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, miras qoyan X12 vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Tərəflərin təqdim etdiyi sübutlarla müəyyən olunmuşdur ki, X6 1-ci dərəcəli vərəsələri İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3 Əliəsgər oğlu və X9r. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan iddia tələbi araşdırılarkən müəyyən olunmuşdur ki, vərəsələr İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3 Əliəsgər oğlu və X14 miras qalmış mülkdə yaşamış, torpaq sahəsindən istifadə etmiş və bununla da mirası qəbul etmişlər. X2, Cavabdeh3 Əliəsgər oğlu və X14 mirası faktiki qəbul etdikdən sonra vəfat etmişlər. Qeyd olunanlara əsasən miras əmlakdan İddiaçı payı 1/5 hissə, Cavabdeh1 payı 1/5 hissə, X5 payı 1/5 hissə, Cavabdeh3 Əliəsgər oğlunun payı 1/5 hissə və X8 payı 1/5 hissə müəyyən edilməklə iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi təmin edilsin. 28 iyun 1964-cü ildə vəfat etmiş X4 miras qalmış, Mingəçevir şəhərinin Təbriz küçəsindəki 18 ünvanda yerləşən 0,18 ha torpaq sahəsinin İddiaçı, Cavabdeh1, X5, Cavabdeh3 Əliəsgər oğlunun və X8 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş hesab olunsun. X4 miras qalmış, Mingəçevir şəhərinin Təbriz küçəsindəki 18 ünvanda yerləşən 0,18 ha torpaq sahəsindən İddiaçı payı 1/5 hissə, Cavabdeh1 payı 1/5 hissə, X5 payı 1/5 hissə, Cavabdeh3 Əliəsgər oğlunun payı 1/5 hissə və X8 payı 1/5 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Məburə Kərimova.
Məhkəmə qərarları › İş №2(051)-88/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-88/2022
13.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver