Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-898/2023 20.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, ölüm faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək, bacısı X3 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, X4 onun doğma bacısıdır. Bacısı xx.xx.1966-cı ildə anadan olmuş, xx.xx.1967-ci ildə vəfat etmişlər. X7 şəhər Sağ sahil qəbirstanlığında dəfn etmişlər. Lakin bacısına ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm faktını təsdiq edən arayış olmadığı üçün Maraqlı şəxs tərəfindən bacısı Sevincin ölümü haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, xx.xx.1966-cı ildə anadan olmuş X3 01 aprel 1967-ci ildə ölməsi faktının müəyyən olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi bacısına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudur. Ərizəçinin bacısı Sevinc həqqətən də xx.xx.1966-ci ildə anadan olmuş və xx.xx.1967-ci ildə vəfat etmişdir. Yas mərasimində yaxından iştirak etmişdir. Ərizəçinin bacısı Mingəçevir şəhərində dəfn edilmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Sönməz onun bacısı oğludur. Həqiqətən də Sevinc xx.xx.1966-cı ildə anadan olub, xx.xx.1967-ci ildə vəfat edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-89/15 №-li 31 yanvar 2023-cü il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində X3 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. İşə əlavə edilmiş Mingəçevir şəhər Bələdiyyəsi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 181 №-li arayışlarda göstərilir ki, X4 01 aprel 1967-ci ildə Mingəçevir şəhəri ”Sağ sahil” qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə tədqiqi zamanı X3 01 aprel 1967-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X3 01 aprel 1967-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 24 oktyabr 1966-cı ildə anadan olmuş X3 01 aprel 1967-ci ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-898/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-898/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver