Məhkəmə qərarları › İş №2(051)-898/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-898/2025

01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-898/2025 01.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs 4400 manat borc vermişdir. Lakin cavabdeh götürdüyü pulu qaytarmamışdır. Ayrı-ayrı vaxtlarda, altı dəfə ondan yazılı şəkildə möhlət verilməsini xahiş etsə də, yenə də öz öhdəliyini icra etməmişdir. Bundan əlavə o, 2023-cü ildə cavabdehə 700 manat da pul vermişdir. xx.xx.2022-ci il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında könüllü şəkildə Maraqlı şəxs ilə birgə iştirak etmişlər. Aralarında bağlanmış xx.xx.2022-ci il tarixli sazişə əsasən 4400 manat borc pulun verilməsi və həmin pulun xx.xx.2022-ci il tarixinə kimi qaytarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin qarşı tərəf Maraqlı şəxs barışıq sazişini icra etmir və həmin sazişin icrasından imtinasını da əsaslandırmamış, heç bir əsaslı səbəb göstərməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi və maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri ilə bağlı məhkəməyə heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialları : xx.xx.2022-ci il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanan Barışıq Sazişindən görünür ki, Qarayev X1 Ayaz Murad oğlu arasında olan borc məbləğinin ödənilməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. Maraqlı şəxs tərəfindən müxtəlif vaxtlarda Ərizəçi aldığı borc pul ilə bağlı möhlət verilməsi üçün öz imzası ilə təsdiq etdiyi qəbz imzalanmışdır. İşin faktiki halı : Ərizəçi Maraqlı şəxs 4400 manat borc pul vermiş və xx.xx.2022-ci il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanmış sazişə əsasən Maraqlı şəxs tərəfindən pulun götürüldüyü etiraf edilmiş, borcun 2022-ci ilin dekabr ayının 20-dək ödənilməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. Barışıq sazişindən sonra maraqlı şəxs borcundan heç bir ödəniş etməmiş, götürdüyü öhdəliyin icrasından yayınmışdır. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişində İkinci tərəf Nəbiyev X2 tərəf Ərizəçi 4400 manat məbləğində borc pul götürdüyün etiraf etmiş, borc məbləğinin 2022-ci ilin dekabr ayının 20-dək ödənilməsinə dair qarşılıqlı razılıq əldə olunmuşdur. Maraqlı şəxs həmin vaxtdan bəri borcundan heç bir ödəniş etməmişdir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin.

1. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfdən (Ərizəçi) həqiqətən 4400 (dörd min dörd yüz) manat məbləğində pul götürdüyünü etiraf edir.

2. İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfdən (Ərizəçi) götürdüyü 4400 (dörd min dörd yüz) manat borc məbləğinin 2022-ci ilin dekabr ayının 20-dək ödəmək öhdəliyini öz üzərinə götürür. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar