Məhkəmə qərarları › İş №2(051)-906/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-906/2020

09.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-906/2020 09.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciətedərək, XX.XX.1937-cü il təvəllüdlü x2 17 mart 2020-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahişetmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 04.06.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, anası x4 XX.XX.1937-ci ildə Tərtər rayon Hüsənli kəndində anadan olmuşdur. Anası təzyiqdən,şəkər xəstəliyindən qaraciyər çatışmamazlığından əziyyət çəkdiyi üçün bir neçə ildir ki, səhhətində nahatçılıq yaranmışdı. 17 mart 2020-ci il tarixdə anası vəfat etmişdir. Mərhumu Tərtər rayon Hüsənli kənd qəbrstanlığında dəfn etmişlər. Anası vəfatı ilə əlaqədar həkim arayışı olmadığından bu barədə ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda anasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Onun ölüm faktının başqa cür müəyyən edilməsi mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x5 ifadəsində göstərmişdir ki, ərizəçinin qohumudur. Mərhum S.Mirzəyeva şəkər xəstəsi idi. Bu səbəbdən o, 17 mart 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Mərhumu Tərtər rayon Hüsənli kənd qəbiristanlığda dəfn etmişlər. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Təsdiq edir ki, ərizəçinin anası x8 17 mart 2020-ci il tarixdə uzun müddət xəstə olduğu üçün dünyasını dəyişmişdir. Yas mərasimində o da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. İşə əlavə olunmuş Tərtər Rayon İcra Hakimiyyəti başçısının Hüsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 may 2020-ci il tarixli, 198 saylı arayışından görünür ki, x4 17.03.2020-ci il tarixdə Tərtər rayon Hüsənli kənd qəbrstanlığında dəfn olunmuşdur. İşə əlavə olunmuş fotoşəkildən görünür ki, x4 XX.XX.1937-ci ildə anadan olmuş, 17 mart 2020-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, XX.XX.1937-ci il x1 Hicran Əkbər qızının anasıdır. İşə əlavə olunmuş Maraqlı şəxs 06.05.2020-ci il tarixli, 05/Q-50/15 saylı məktubundan görünür ki, 17.03.2020-06.05.2020-ci illər üzrə yoxlama aparılarkən x2 ölümünün qeydə alınması barədə akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş TTTY Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 17 mart 2020-ci il tarixdə, saat 14:10 radələrində Mingəçevir şəhəri Gülşən bağ evlərində yaşayan 1937-ci il təvəllüdlü x2 adına çağırış daxil olmuş, həkim briqadası gələndə bir qadın meyidi aşkar olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər x7 Hüquqi Şəxsin TTTY şöbəsinin 13 aprel 2020-ci il tarixli, 189 saylı arayışından görünür ki, 1937-ci ildə anadan olmuş x4 14 mart 2020-ci il tarixdə saat 21:50 radələrində TTTY bölməsinə «Arterial Hipertenziya» diaqnozu ilə 8183 saylı müraciət etmişdir. Məhkəmə şahid ifadələrini, təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi oğlunun ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. x2 17 mart 2020-ci ildə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar