Məhkəmə qərarları › İş №2(051)-918/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-918/2024

20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-918/2024 20.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən bacısı xx.xx.1971-ci il təvəllüdlü X7 01 noyabr 1971-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 atası, X3 anasıdır. Valideynlərinin birgə nikahlarından 4 övladı olmuşdur. X17 xx.xx.1968-ci il təvəllüdlü X13 xx.xx.1971-ci il təvəllüdlü, X8 xx.xx.1972-ci il təvəllüdlü və özü xx.xx.1977-ci il təvəllüdlüdür. X19 xx.xx.1971-ci ildə vəfat etmiş və onu Mingəçevir şəhər kənd qəbirstanlığında dəfn etmişlər. Lakin onun vəfat etməsi ilə əlaqədar heç bir sənəd almamışlar. Sonradan valideynləri də vəfat etmişlər. Atasından qalan mirası qəbul etmək üçün notariat kontoruna müraciət etdikdə bacısının vəfatını təsdiq edən sənəd tələb olunmuşdur. Maraqlı şəxsnə müraciət etdikdə isə bacısının vəfat etməsi barədə həkim şəhadətnaməsi verilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bcısının vəfat etməsi barədə şəhadətnaməni ala bilmədiyi üçün atasında miras qalan mülki qəbul edə bilmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X9 məhkəmə iclası zamanı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçi onun dostunun oğludur. Ərizəçinin 4 nəfər uşağı olub. Onların qızı ölüb. Rəhmətə gedən qızının adı Ülfət olub. Onun Ülfət adlı uşağın rəhmətə gedən də məlumatı olmuşdur. Uşaq rəhmətə gedən vaxt noyabr ayı idi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin dostu olub. Dostunun iki oğlu və bir qızı olmuşdur. Sonradan qız övladı rəhmətə getmişdir. O, rəhmətə gedəndə yas mərasimi olmadı. Uşaq rəhmətə gedən də noyabr ayı idi. Məhkəmə ərizəni, maraqlı şəxsin nümayəndəsini ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X2 arasında 12 iyun 1966-cı il tarixdə Bərdə rayonu Mirzəcəfərli kənd sovetliyində 13 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində X5 və X1 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1971-ci il tarixdə X5 və X1 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X3 xx.xx.1997-ci il tarixdə, X11 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 28/1, mənzil 57-də yaşamış mərhum X13 xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhəri “Kənd” qəbrisitanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/8-15-232/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.1971-xx.xx.1971-ci illər üzrə yoxlama aparılmış, lakin X7 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mingəçevir şəhəri, Mingçevir Bələdiyyəsindən görünür ki, X7 01 noyabr 1971-ci il tarixdə Mingəçevir şəhər “Kənd” qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi bacısı X7 xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə atasından qalan mirası qəbul etmək üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X7 01 noyabr 1971-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X7 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar