Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-92/2022 25.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil, Cavabdeh, eləcə də digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «Əmlakın paylara uyğun naturada bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhərinin Təbriz küçəsindəki 3 saylı evin 27 saylı mənzilinin paylara uyğun 8/12,1/12,1/12,1/12 hissələrdə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının paylara uyğun 8/36 hissə,1/36 hissə, 1/36 hissə, 1/36 hissə və 1/36 hissələrdə naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri, Təbriz küçəsi 3 saylı evin, 27 saylı mənzili mülkiyyət hüququ üzrə 8/12 hissədə onun, Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə, Cavabdeh3 1/12 hissədə, Cavabdeh4 1/12 hissədə olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil 88,3 kv.metr sahədən ibarətdir. Eləcə də ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə onun 8/36 hissədə, X6 12/36 hissədə, X1 12/36 hissədə, Cavabdeh1 1/36 hissədə, Cavabdeh2 1/36 hissədə, Cavabdeh3 1/36 hissədə, Cavabdeh4 1/36 hissədə olmaqla, adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyriyaşayış sahəsi 45,50 kv.metr sahədən ibarətdir. Cavabdehlərə payının ödənilməklə bölünməsini təklif etsə də, razılığa gəlməmişlər. Ona görə də Mingəçevir şəhərinin Təbriz küçəsindəki 3 saylı evin 27 saylı mənzilinin paylara uyğun 8/12,1/12,1/12,1/12 hissələrdə, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının paylara uyğun 8/36 hissə,1/36 hissə, 1/36 hissə, 1/36 hissə və 1/36 hissələrdə naturada bölunməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi, Vəkil da oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, eləcə də digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 da məhkəmə iclasında ümumi mülkiyyətdə olan əmlakların naturada paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi ev 3, mənzil 27 mülkiyyət hüququ əsasında İddiaçı adına 8/12 hissədə, Cavabdeh1 adına 1/12 hissədə, Cavabdeh2 adına 1/12 hissədə, Cavabdeh3 adına 1/12 hissədə, Cavabdeh4 adına 1/12 hissədə 16.12.2020-ci il tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30.12.1976-cı il təvəllüdlü X3 valideynləri X4 və X5r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki4.07.1975ci il təvəllüdlü X2 valideynləri X4 və X5r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.07.1963-cü il təvəllüdlü X3 valideynləri X4 və X5r. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 05 aprel 2022-ci il tarixli, 10/6585 saylı rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının paylarına uyğun 7 hissəyə (12/36, 8/36, 1/36, 1/36, 1/36, 1/36 payar) və həmin ünvanda yerləşən 3 saylı evin, 27 saylı mənzilin 5 hissəyə (8/12, 1/12,1/12,1/12, 1/12 paylar) təcrid şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.0189-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iş materiallarını araşdıraraq, ekspertiza rəyinə sübut kimi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Mingəçevir şəhəri, Təbriz küçəsi 3 saylı evin 27 saylı mənzilinin, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-92/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-92/2022
25.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver