Məhkəmə qərarları › İş №2(051)-921/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-921/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-921/2025 05.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, atası xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2025-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinə düzəliş edərək atasının 04 fevral 2025-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun atasıdır. X3 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində öz evində vəfat etmişdir. Həmin vaxt təcili yardıma müraciət etməmişlər. Atasını xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər Havarlı qəbristanlığında dəfn etmişlər. Bu günə kimi atasının ölməsi ilə bağlı sənəd almamışdır. Həkim şəhadətnaməsi verilmədiyindən Qeydiyyat şöbəsinə müraciət etməsinə baxmayaraq atasının vəfat etməsi barədə şəhadətnamə ala bilməmişdir. Başqa qaydada atasının ölüm şəhadətnaməsini almaq mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 öz izahatında göstərdi ki, xx.xx.1963-cü il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuşdur. Ərizəçi əmisi, X4 qardaşıdır. X1 da Ağdam rayonu, Mərzili kəndində anadan olmuşdur. Bir müddət Rusiya Federasiyasında yaşamışdır. Təxminən 5 ildir ki, gəlmişdir. Orada olarkən montyor olaraq işləmişdir. Gəldikdən sonra qardaşı Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yaşamışdır. Qardaşı 04 fevral 2025-ci ildə Mingəçevir şəhərində yaşadığı evdə dünyasını dəyişmişdir. Qardaşının ölüm xəbərini aldıqdan sonra onun dəfnində iştirak edə bilməsə də, yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, əvvəl keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X5 izahat verərək ərizə ilə bağlı əlavə sualının olmadığını, ölüm faktının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/7-Y-15-234/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 241 №li Mingəçevir Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yaşamış mərhum X7 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri “Havarlı” qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Ağdam rayon, Mərzili kəndində anadan olmuş, X3, anası X2r. xx.xx.2019-cu il tarixdə verilmiş 242896 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1956-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, xx.xx.1956-cı il tarixdə 13 № ilə doğum haqqında akt qeydləri kitabında qeyd edilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ərizəçinin atası xx.xx.1956-cı il təvəllüdlü X4 ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin atası xx.xx.1956-cı ildə Ağdam rayonu, Mərzili kəndində doğulmuşdur. Ərizəçinin atası xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmənin mövqeyi: Ərizəçinin X3 xx.xx.1956-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulmuşdur. O, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölmüş və Mingəçevir şəhəri, Havarlı qəbiristanlığda dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi atası xx.xx.1956-cı il təvəllüdlü X4 Ağdam rayonu Mərzili kəndində doğulub, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etdiyi və Mingəçevir şəhər Havarlı qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Ağdam rayonu, Mərzili kəndində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar