Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-93/2022 30.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Rafiq oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Rafiq oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 631micMNG/19-EM saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 150000 manat kredit ayrılmış və xx.xx.2019-cu il tarixli 631micMNG/19 saylı əlavə kedit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Həmin “Kredit müqaviləsi”-nin təminatı olaraq xx.xx.2019-cu il tarixli 631micİMNG/19 saylı tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. Eyni zamanda “Kredit müqaviləsi” nin təminatı olaraq digər Cavabdeh3 Rafiq oğlu ilə xx.xx.2019-cu il tarixli 631micMNG/19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə cavabdehin 25986.36 manat əsas borc, 4526.03 manat manat faiz borc olmaqla, cəmi 30512.39 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, kredit borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 120 manat xidmət haqqının cavabdehlərdən alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, ödəmənin ipoteka qoyulmuş, Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilərək, həmin əmlakın ilkin satış qiymətinin 52000 manat olmaqla hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcun ödənilməsi və əmlak satıldıqdan sonra Cavabdeh2 qeyriyaşayış sahəsini 1 ay ərzində tərk etməsi və qeyri–yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 631micMNG/19-EM saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 150000 manat kredit ayrılmış və xx.xx.2019-cu il tarixli 631micMNG/19 saylı əlavə kedit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Həmin “Kredit müqaviləsi”-nin təminatı olaraq cavabdeh xx.xx.2019cu il tarixli 631micİMNG/19 saylı tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. Maddi imkanı olmadığına görə cavabdeh kredit borcunu tam ödəyə bilməmişdir. Cavabdeh kredit borcunu ödəyəcəkdir. İpoteka predmetinin qiymətləndirilməsi üçün ekspertiza keçirilməsinə zərurət yoxdur. Ərizəsində də göstərdiyi kimi məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmədən və ipoteka əmlakı qiymətləndirilmədən iş üzrə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Rafiq oğluna məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci madəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 631micMNG/19-EM saylı kredit müqaviləsində göstərilir ki, Cavabdeh1 120 ay müddətinə əlavə kredit müqaviləsi bağlanmaqla 150000 manat kredit verilir və ona bank hesabı açılır. İşə əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 631micMNG/19 saylı Əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh3 Rafiq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 631micMNG/19 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 631micİMNG/19 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. İpoteka qoyulmuş Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 52000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən qeyri-yaşayış binası "xxxx" KB ASC Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5338 №li rəyindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 631micMNG/19-EM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcu, xx.xx.2021-ci il (iddia ərizəsinin tarixinə) 26154.62 manat əsas borc, 4657.53 manat manat faiz borc olmaqla, cəmi 30812.15 manat, xx.xx.2022-ci il (müqavilə müddəti bitən tarixə) 26154.62 manat əsas borc, 10077.35 manat manat faiz borc olmaqla, cəmi 36231.97 manat məbləğində kredit borcu müəyyən olunur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsində göstərilir ki, ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İşə "xxxx" ASC tərəfindən ipoteka qoyana göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş əlavə olunmuşdur. «İpoteka haqqında» Qanunun 47.2 və 47.2.1-ci maddələrinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir) qaydasında bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Ona görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri ödənilməli, qalan məbləğ isə ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı 120 manat xidmət haqqı iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Rafiq oğlundan 25986.36 manat əsas borc, 4526.03 manat faiz borc olmaqla, cəmi 30512.39 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 120 manat xidmət haqqı alınaraq "xxxx" KB ASC-yə ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 52000 manat olmaqla hərracda satılmalı, satışından əldə olunmuş pul vəsaitindən banka olan borc ödənilməli, borcun ödənilməsindən sonra qalan pul Cavabdeh2 qaytarılmalıdır. Əmlak satıldıqdan sonra Cavabdeh2 qeyri-yaşayış sahəsini 1 ay ərzində tərk etməli və qeyri–yaşayış sahəsi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Rafiq oğlundan 25986.36 (iyirmi beş min doqquz yüz səksən altı manat otuz altı qəpik) manat əsas borc və 4526.03 (dörd min beş yüz iyirmi altı manat üç qəpik) manat faiz borc olmaqla, cəmi 30512.39 (otuz min beş yüz on iki manat otuz doqquz qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 120 (bir yüz iyirmi) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə verilsin. Pulun tutulması ipoteka ilə yüklənmiş qeyri–yaşayış sahəsinə yönəldilsin. Cavabdeh2 məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 52000 (əlli iki min) manat qiymətləndirilmiş Mingəçevir şəhəri Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binası hərracda satışa çıxarılsın. Satışdan əldə edilən vəsaitdən 25986.36 (iyirmi beş min doqquz yüz səksən altı manat otuz altı qəpik) manat əsas borc və 4526.03 (dörd min beş yüz iyirmi altı manat üç qəpik) manat faiz borc olmaqla, cəmi 30512.39 (otuz min beş yüz on iki manat otuz doqquz qəpik) manat kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 120 (bir yüz iyirmi) manat xidmət haqqı tutularaq iddiaçıya verilsin. Borcun ödənilməsindən sonra qeyri–yaşayış sahəsinin açıq hərracdan satılmasından qalan pul Cavabdeh2 qaytarılsın. Əmlak satıldıqdan sonra Cavabdeh2 qeyri-yaşayış sahəsini 1 ay ərzində tərk etsin və qeyri–yaşayış sahəsi boşaldılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh1 tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-93/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-93/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver