Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-947/2021 02.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qızı X3 20.03.2017-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o, uzun müddətdir Mingəçevir şəhərində yaşayır. X6 onun qızıdır. O, 26.02.2016-cı ildə anadan olmuşdur. Aysu Seyidməmmədova 20.03.2017-ci ildə ürək çatışmamazlığından vəfat etmişdir. Onu Mingəçevir kənd qəbirstanlığında dəfn edilmişlər. Lakin onun ölümü qeydə alınmamışdır. Hazırda vərəsəlik məsələsinin həll edilməsi üçün onun ölüm sənədi tələb olunur. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığından həmin sənəd verilməmişdir. O, Aysu Seyidməmmədovanın ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də, məhkəməyə müraciət edərək, qızı X3 20.03.2017-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. X4 ərizəçinin ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, ərizəçi onun yaxın qonşusudur. Onun qızı Aysu Seyidməmmədova 20.03.2017-ci ildə vəfat etmişdir. O dəfn və yas mərasimində iştirak etmişdir. X1 şahid Ərizəçi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Onların qızı Aysu Seyidməmmədova 20.03.2017-ci ildə vəfat etmişdir. O dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşdə olan Maraqlı şəxs 16.04.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Bələdiyyəsinin 19.04.2021-ci il tarixli 933 №-li arayışından görünür ki ünvan 1 ünvanında yaşamış mərhum X5 20 mart 2017-ci ildə Mingəçevir Şəhər Sağ Sahil Qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Təqdim olunmuş sənədlərdə əks olunan məlumatlar ziddiyyətsiz olmaqla bir-birini tamamlayır. Təqdim olunmuş digər sənədləri araşdırıb, məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının ölməsinə dair sənədi başqa yolla əldə edə bilmir və bu faktın məhkəmə qaydasında müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.8, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizəçinin tələbi təmin olunsun. 26 fevral 2016-cı il təvəllüdlü X3 20 mart 2017-ci il tarixdə ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-947/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-947/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver