Məhkəmə qərarları › İş №2(051)-992/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-992/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-992/2022 31.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum qızı X1 26.06.2000-ci il tarixdə Füzuli rayonunda vəfat etməsi faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 onun qızıdır. Qızı 18.12.1991-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Mərhum qızı 2000-cı ilin iyun ayında qəflətən vəfat etmişdır. Qızı vəfat etdikdən sonra həkim baxmış, lakin bununla əlaqədar həkim arayışı və ölüm haqqında şəhadətnamə alınmamışdır. Başqa qaydada qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun atası, mərhum Gülnarə Alıyeva isə bacısıdır. Mərhum bacısı 18.12.1991-ci ildə doğulmuşdur. 2000-ci ildə bacısının 9 yaşı, onun isə 10 yaşı olmuşdur. Yay tətili zamanı anası və bacısı ilə birlikdə Beyləqan rayonunda yaşayan babasıevinə qonaq getmişlər, orada bir müddət qaldıqdan sonra Füzuli rayonunun Bəhmənli kəndində yaşayan bibisigilə getmişlər. Orada uşaqlarla oynadıqdan sonra o, evə qayıtmaq istəmiş, lakin bacısı Gülnarə isə gəlmək istəməmişdir. Gəlib bu barədə anasına demiş, anası bacısı Gülnarəni evə gətirməyə getmiş, lakin onlar qayıtdıqda çox səs-küy olmuş, onu yaxın buraxmamışlar. Sonradan babası ona demişdir ki, bacısı ağacdan yıxılıb ölmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. X9 adlı bir qızı var idi. O, anadangəlmə xəstə idi, yəni əqli cəhətdən müəyyən çatışmamazlıq vardı, daim anası onu yanında gəzdirirdi. 2000-ci ilin yay aylarında eşitmişdir ki, ərizəçinin qızı Gülnarə Füzuli rayonunda bibisigildə olan zaman ağacdan yıxılıb ölmüş və orada da dəfn edilmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 18.12.1991-ci il tarixdə Ərizəçi ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan 1 saylı MİS tərəfindən verilmiş 23.08.2021-ci il tarixli aktdan görünür ki, Ərizəçi qızı X3 2000-ci ilin iyun ayında bibisigildə olan vaxt faciəvi şəkildə həlak olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 17.05.2022-ci il tarixdə verilmiş 05/Q-38/15 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində 26.06.2000-03.05.2022-ci il üzrə yoxlama aparılmış, lakin X1 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin mərhum qızı X3 26.06.2000-cı il tarixdə vəfat etmiş və Füzuli rayonunun Bəhmənli kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Lakin ölümü vaxtında qeyd edilmədiyi üçün onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ona görə də mərhum X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda müəyyən məsələlərin həll edilməsi üçün ərizəçidən ölüm haqqında şəhadətnamə tələb olunur. Ərizəçi isə ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından ala bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli və 18.12.1991-ci il tarixdə doğulmuş mərhum X1 26.06.2000-cı il tarixdə Füzuli rayonunun Bəhmənli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. 18.12.1991-ci il tarixdə doğulmuş X1 26.06.2000-cı il tarixdə Füzuli rayonunun Bəhmənli kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölmünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar