Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-996/2024 27.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y YƏ N E T D İ : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən X1nun 10 fevral 2024-cü il tarixdə Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən əri xx.xx.1982-ci il təvəllüdlü, X2 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 onun həyat yoldaşı olmuşdur. X5 xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Əlibayramlı kəndində doğulmuşdur. X5 ilə xx.xx.2008-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. X1 10 fevral 2024-cü ildə vəfat etmişdir. Əri vəfat etdikdən sonra onu Mingəçevir şəhəri Havarlı qəbirstanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Təcili və X8 Stansiyası tərəfindən onlara təqdim edilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə Maraqlı şəxsnə müraciət etsələr də ölüm haqında akt qeydi tapılmadığı üçün Ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Şəhadətnamənin başqacür alınması mümkün deyil. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin edilməmişdir. Lakin əvvəlki Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X9 izahatında göstərmişdir ki, qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının arvadıdır. Bundan əlavə həm də qonşudurlar. Qardaşı Şahin evdə olarkən qəflətən halı pisləşmiş və vəfat etmişdir. O, vəfat edərkən o da orada olmuşdur. Heç bir xəstəliyi yox idi. Qəfil vəfat etmişdir. Onu Havarlı qəbrstanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun həm qonşusu, həm də qohumudur. Ərizəçinin yoldaşı-Şahin onun dayısıdır. Şahin 10 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Onun yas mərasimində o da iştirak etmişdir. Şahin vəfat etdikdən sonra onu adını dəqiq bilmədiyi qəbrstanlıqda dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının yoldaşıdır. Şahin 10 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Gecə təxminən saat 9-10 arası olardı. Şahin vəfat edərkən oda onun yanında idi. Onu Havarlı qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəni, maraqlı şəxsin nümayəndəsini ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X12 arasında 14 noyabr 2008-ci il tarixdə Maraqlı şəxsndə 14 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Əlibayramlı kəndində X3 və X4 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Mingəçevir şəhər MKT 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Rzayeva X10 şəhəri Vaqonlar yaşayış massivində qeydiyyatsız yaşayır, mərhum X1 vəfat etdiyi günə qədər həmin ünvanda qeydiyyatsız yaşamışdır. İş materiallarında olan Mingəçevir Bələdiyyəsi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri ünvan 2-də yaşamış mərhum X5 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri “Havarlı” qəbrisitanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış, lakin X2 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan TTTYS-nın ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə çağırış zamanı Mngəçevir şəhəri ünvan 2 ünvanda kişi meyidi aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8–ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İşin halları ilə müəyyən olunur ki, ərizəçi qızının vəfat etməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi X1nun xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə atasından qalan mirası qəbul etmək üçün notariat kontoruna təqdim edilməsi üçün aidiyyəti orqanlara verilməli olduğundan zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölümünün qeyd edilməsi və ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-996/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-996/2024
27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver