Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1023/2025 18.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 noyabr 1986-cı ildə Neftçala rayonu, Qədimkənd kəndində doğulmuş X1 30 dekabr 1986-cı ildə ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, onunla X6 arasında 09 sentyabr 1982-ci ildə bağlanmış nikahdan doğulmuş 03 noyabr 1986-cı il təvəllüdlü X4 30 dekabr 1986-cı ildə ölmüşdür. Lakin onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. X3 ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndən ona verilmiş 24 dekabr 2024-cü il tarixli, 3-16- 5/8-A-706/24 nömrəli imtina məktubunda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi təqdim olunmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 18-1-63/2-432/2025 nömrəli arayışda da 03 noyabr 1986-cı il təvəllüdlü X1 30 dekabr 1986-cı il tarixdə ölməsi ilə bağlı «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X13 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilmədiyi və verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. X1 30 dekabr 1986-cı ildə ölməsini və Neftçala rayonu, Qədimkənd kənd qəbiristanlığında dəfn olunmasını X7 və X9 da təsdiq edə bilərlər. Qeyd edir ki, qızı Gülnurənin ölüm faktının müəyyən edilməsi vərəsəliklə əlaqədar işlərin həyata keçirilməsi üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 və X9 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 09 sentyabr 1982-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə akt qeydləri kitabında 22 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərizəçi «Abdullayeva» soyadını qəbul edib. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilmiş «Doğum haqqında akt qeydi»nin surətindən görünür ki, X6 və Ərizəçi 03 noyabr 1986-cı il təvəllüdlü X1 valideynləridirlər. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 18-1-63/2-432/2025 nömrəli məktubda qeyd olunur: «…Neftçala rayonu, Qədimkənd kəndində anadan olmuş 03 noyabr 1986-cı il təvəllüdlü X1 30 dekabr 1986-cı ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası X13 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkillər əlavə edilib. Həmin fotoşəkillərdən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzinə taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 03 noyabr 1986-cı il təvəllüdlü qızı X1 30 dekabr 1986-cı ildə ölməsi faktı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 24 dekabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 03 noyabr 1986-cı ildə Neftçala rayonunda doğulmuş X1 30 dekabr 1986-cı ildə Neftçala rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1023/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1023/2025
18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver