Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1114/2024 24.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1870-ci ildə İran İslam Respublikasında doğulmuş mərhum babası X4 XX.XX.1960-cı ildə Azərbaycan Respublikası Neftçala rayonu, Xol Qarabucaq kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb» göstərilməlidir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.7, 9.3 və 9.4-cü bəndlərində qeyd olunur ki, «Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər»; «Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir»; «Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur». Qeyd olunur ki, Ərizəçi tərəfindən ərizədə 1870-ci il təvəllüdlü X8 adlı şəxsin onun babası olduğundan, X8 ilə X3 adlı şəxsin faktik nikah münasibətlərinə daxil olduqlarından, onların ümumi ailə münasibətlərindən X1 (ərizəçinin anası) və X2 (ərizəçinin dayısı) doğulduğundan, X4 1960-cı ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində öldüyündən və ən əsası 13 iyun 2024-cü ildə vəfat etmiş anası X1 adına Neftçala rayonu, Astanlı kəndində yerləşən 0,46 ha pay torpaq sahəsinin mövcud olduğundan bəhs edilmiş, məhz bu səbəbdən, yəni sözügedən torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar olaraq X4 ölüm faktının müəyyən edilməsinə zərurət yarandığı qeyd edilmişdir. Buna baxmayaraq qeyd edilən halları təsdiq edən sənədlər (məsələn, X4 doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd, onun müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar), X1 və X2 doğum haqqında şəhadətnamələrinin surətləri və ya onların doğum qeydi barədə müvafiq icra hakimiyyəti orqanından alınan arayışlar, X2 öldüyü qeyd olunsa da onun ölümünü təsdiq edən hər hansı bir sənəd, habelə X1 adına torpaq sahəsinin mövcud olmasını təsdiq edən hər hansı bir sənəd), həmçinin həmin sənədlərin ondan asılı olmayan səbəblərə görə təqdim edilməsinin mümkünsüzlüyü barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Həmçinin Neftçala rayonu İHB-nin Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda X4 Neftçala rayonu Xol Qarabucaq kəndində yaşadığı, keçən əsrin 60-cı illərində vəfat etdiyi, Xol Qarabucaq qəbiristanlığında dəfn olunmasına baxmayaraq məzarının köhnə olduğuna görə tapılmadığı qeyd edilsə də, ərizəyə X7 məxsus olan məzar daşının fotoşəkili əlavə olunmuşdur. Bununla da ərizəyə əlavə edilən fotoşəkildəki məzar daşının X7 məxsus olması ziddiyyət yaradır. Qeyd edilən səbəblərə görə Ərizəçi belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması da kifayət qədər şübhə doğurur. Beləliklə, ərizə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1114/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1114/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver