Məhkəmə qərarları › İş №2(053)-1186/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1186/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1186/2024 30.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 1958-ci ildə Salyan şəhərində doğulmuş Rzayeva (Xəlilova) İradə Ənnağı qızının 25 iyul 2024-cü ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Xəlilova (Rzayeva) İradə Ənnağı qızı 20 dekabr 1958-ci ildə Salyan şəhərində doğulmuş, 23 avqust 1981-ci ildə X7 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Onların birgə nikahlarından özü daxil olmaqla 4 uşaqları olmuşdur. Atasının xidməti işi ilə əlaqədar uzun müddət Neftçala şəhərində yaşamışlar. X2 14 sentyabr 2022-ci il tarixdə xəstəlikdən Salyan şəhərində olan evində vəfat etmişdir. Atasının ölümündən sonra o da anası ilə birlikdə Salyan şəhərində yerləşən evdə yaşamalı olmuşdur. Atasının vəfatından sarsıntı keçirən anası 2023-cü ilin yay aylarında qara ciyər əməliyyatı keçirmiş, 3 ay sonra isə Neftçala Rayon Mərkəzi Xəstəxanasında onkoloji xəstə kimi qeydiyyata alınmışdır. Bu xəstəliyə düçar olduqdan sonra o, ev şəraitində müalicə olunmuş, lakin 25 iyul 2024-cü il tarixdə Salyan şəhərində ev şəraitində vəfat etmişdir. Mərhum anası Salyan şəhər qəbiristanlığında qohumların və qonşuların iştirakı ilə dəfn edilmişdir. Anası üçün baş daşı qoyulmuşdır. Başları yas mərasiminə qarışıdığından və qardaşları Bakı şəhərində yaşadığından anasının ölümü barədə aidiyyəti dövlət orqanlarına məlumat verilməmiş və ölümün qeydiyyata alınması baş tutmamışdır. Ölümün qeydə alınmaması isə müəyyən sənədləşmə işlərində onlara çətinliklər yaradır. Onun qəbir daşının üzərində adı, soyadı, atasının adı və doğum-ölüm tarixləri yazılmışdır. (Çəkilmiş fotoşəkillər ərizəyə əlavə olunur). Lakin bunlara baxmayaraq, anası Xəlilova (Rzayeva) İradə Ənnağı qızının ölümü heç yerdə rəsmən qeydə alınmadığından, sorğu etdikləri aidiyyəti orqanlar onlara imtina sənədi vermişlər. Belə ki, bu barədə “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X8 müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Qaraciyərin Cr.” diaqnozu ilə vəfat etmiş 1958-ci il təvəllüdlü X3 ölümü barədə xəstəxana tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etdiyi Maraqlı şəxsndən də ona bildirmişlər ki, ananızın ölümü rəsmən qeydə alınmadığından bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməlisiz. Əlavə olaraq qeyd edir ki, anası İradənin həqiqətən də (65 yaşında) xx.xx.2024-cü il tarixdə ölməsi faktını çoxsaylı kənd sakinləri, habelə onun dəfnində iştirak edən qohum-qonşular da təsdiq edə bilərlər. X1 həqiqətən 25 iyul 2024-cü il tarixdə Salyan şəhərində vəfat etməsi və onun şəhər qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə edilmiş sənədlərlə yanaşı qəbiristanlıqda çəkilmiş məzar fotoşəkilləri, həmçinin mərhumun yas mərasimində iştirak etmiş şəxslərdən X4 və X9 tərəfindən məhkəmədə şahid qismində ifadə verilməklə də təsdiq edilə bilər. Qeyd edir ki, mərhum anası İradənin ölüm faktının təsdiqlənməsi ona təyin edilmiş pensiyanın dayandırılması və onların bir sıra hüquqlarını, digər işləri (vərəsəliklə əlaqədar və s.) həyata keçirmələri üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizə təqdim edərək ərizə ilə bağlı bütün sübutlarını təqdim etdiyini, hazırda Bakı şəhərində yaşadığı üçün üzrlü səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılması və özü ilə gətirdiyi şahidlərin hazırlıq iclasında dindirilmələrini xahiş etmişdir. Məhkəmədə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 və X5 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 20 dekabr 1958-ci ildə anadan olmuşdur. 12 sentyabr 2024-cü il tarixli, 05/Q-398/69 nömrəli arayışdan görünür ki, X7 ilə X11 arasında 23 avqust 1981-ci ildə Salyan rayon qeydiyyat şöbəsində nikah bağlanmış və həmin tarixdə 193 nömrəsi ilə qeyd edilmişdir. Arayışın qeyd hissəsində Nikaha Ş.S Xəlilovun xx.xx.2022-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2022-ci ildə 608 №-li akt qeydi ilə Salyan rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1984-cü ildə Salyan rayonunun Qaraçala kəndində doğulmuşdur. Uşağın X2, anası isə X6r. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə “Ağciyərin ikinci bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 1010 nömrəli arayışdan görünür ki, 25 iyul 2024-cü il tarixdə “Qaraciyərin CR.” diaqnozu ilə vəfat etmiş Neftçala şəhər sakini, 1958-ci il təvəllüdlü X3 ölümü barədə xəstəxana tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan fotoşəkillərdən görünür ki, 20 dekabr 1958-ci il təvəllüdlü X10 25 iyul 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 12 sentyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 20 dekabr 1958-ci il tarixdə Salyan şəhərində doğulmuş Rzayeva (Xəlilova) İradə Ənnağı qızının 25 iyul 2024-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar