Məhkəmə qərarları › İş №2(053)-1226/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1226/2025

21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1226/2025 21.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X12 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə (Maraqlı şəxs) ilə məhkəməyə müraciət edərək, XX.XX.1932-ci ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulmuş qayınanası X1 xx.xx.1951-ci il tarixində Neftçala rayonu Aşağı Surra kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum əri X6 mülkiyyətində olan Neftçala rayon Aşağı Surra kəndində yerləşən JN 375 kod 80700038 torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən ərizəçi ilə oğlu X15 ilə birgə 1.88 ha pay torpaq sahəsi və JN 223A kod 80700038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ərizəçi ilə oğlu X15 ilə birlikdə 0.19 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi və AC 222079 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 99HD543 dövlət qeydiyyat nişanlı ağ rəngli 2014-cü il buraxılışlı Vaz-21713 markalı avtomobil olan miras əmlakı vardır. Ərizəçinin əri X16 ilə nikahlarından 5 uşağı olmuşdur. X15, X7, X17, X13, X2 adlı vərəsələri vardır. Ərizəçi miras əmlakın qəbulu barədə Neftçala rayon Notariat ofisinə müraciət edib və müraciətin qəbulu üçün qohumluq faktlarını təsdiq edən sənədlər, akt qeydlərində düzəlişlər edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Neftçala rayon Notariat ofisi müraciəti qeydə almamış və 135 saylı xx.xx.2025-ci ildə məktub vermişdir. 1934-cü ildə Neftçala rayon, Aşağı Surra kəndində anadan olan ərizəçinin qaynanası X1 doğumu, nikahı və ölümü aşkar edilməmişdir. Bu barədə müvafiq məktublar ərizəyə əlavə edilir. Ərizəçi faktiki mirası qəbul edib. Bugünə qədər vərəsələr arasında narazılıq yoxdur və eyni zamanda texniki səbəbdən aktlarda səhvlər var və qohumluq faktlarına əsasən vərəsələrin doğum haqqında şəhadətnaməsi təqdim edilmişdir. Ərizəçi indiki vaxtda artıq miras payının sənədləşməsini istəyir. Lakin qayınanası 1934-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş qayınanası X1 ölüm haqqında şəhadətnaməsi olmadığından mirası faktiki istifadə edə bilmir və sənədləşmə apara bilmir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş , lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili X19 ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qızı X1 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan AZ 262792 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X8 arasında xx.xx.1974-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 112 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cavadov , arvada Cavadova soyadı verilmişdir. İş materiallarında olan AZ 262792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X16 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin avqust ayının 13-də 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Milli Arxiv İdarəsinə yönləndirilmiş xx.xx.2025-ci il 73 saylı ərizənin cavabı olaraq, Neftçala Rayon Dövlət Arxivində mühafizə olunan Qeydiyyat Şöbəsinin 1934cü ilin doğum aktlarına baxıldı və mərhum X3 adı aşkar olunmadığı qeyd olunur. İş materiallarında olan Neftçala rayon Aşağı Surra İƏDN-nin tərtib etdiyi akta əsasən, komissiya JN-223A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə texniki səhv təsdiq olunub və doğru adların siyahısı verilib. Eyni zamanda Neftçala rayon Aşağı Surra İƏDN-nin verdiyi 563 nömrəli arayışda X9 Aşağı Surra kəndində yaşadığı və ailə tərkibi haqqında məlumat yazılmışdır. Həmçinin, Neftçala rayon Aşağı Surra İƏDN-nin verdiyi 93 nömrəli arayışda mərhum X6 vərəsələr: Ərizəçiarvadı, X17-qızı, X15-oğlu, X7-qızı, X13-qızı, X2-qızı qeyd olunmuşdur. Məhkəmə sorğusuna əsasən Maraqlı şəxs Neftçala Rayon Məhkəməsinə verdiyi arayışa əsasən Cavadova (Əskərova) Hökümə Ələskər qızı barəsində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, doğum haqqında akt qeydi aşkarlanmamış, lakin Cavadova (Əskərova) Hökümə Ələskər qızı barəsində Neftçala RQŞ tərəfindən tərtib edilmiş xx.xx.1949-cu il tarixli 1 saylı nikah haqqında akt qeydi aşkar edilmişdir. Məhkəmə sorğusuna əsasən Neftçala rayon Dövlət Arxivinin verdiyi arayışa əsasən X10 aid 1932-ci il tarixdə anadan olması barədə doğum akt qeydi mövcuddur. Məhkəmə tərəfindən doğum aktı qryfi olasn dəftərə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, ərizəçi onun ailə dostudur. X18 vəfat edən Cavadova (Əskərova) Hökümə Ələskər qızının evinə daimi gedib-gələn şəxslərdən biri olmuşdur. O, Cavadova (Əskərova) Hökümə Ələskər qızının dəfn mərasimində iştirak etməsə də bu barədə eşidib, məlumatlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X11 ərizəçinin qayınanası olmuşdur. X11 xx.xx.1951-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qayınanası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qayınanasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qayınanasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qayınanası XX.XX.1932-ci ildə doğulmuş X1 xx.xx.1951-cü il tarixində ölməsi ərizəçinin izahatı, şahidin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1932-ci ildə doğulmuş X1 xx.xx.1951-cü il tarixində ölməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar