Məhkəmə qərarları › İş №2(053)-1237/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1237/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1237/2024 09.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinın “Şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 avqust 1992-ci il tarixdə Neftçala rayonu, Astanlı kəndində anadan olmuş övladı X2 28 sentyabr 1995-ci il tarixdə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, o, Neftçala rayonu, Astanlı kəndində yaşayır. Həyat yoldaşı X5 ilə xx.xx.1983-cü il tarixdə rəsmi qeydə alınmış nikahlarından xx.xx.1992-ci ildə X6 adında övladları dünyaya gəlmişdir. Hazırda 1995-ci ildə dünyasının dəyişmiş övladı mərhum X2 ölüm haqqında şəhadətnaməsini ala bilmədiyi üçün ərizə ilə Məhkəməyə müraciət etmişdir. Belə ki, mərhum övladı xx.xx.1992-ci ildə Neftçala rayonu, Astanlı kəndində doğulmuş, xx.xx.1995-ci ildə dünyasını dəyişmiş, lakin onun ölümü haqqında heç bir rəsmi qeydiyyat aparılmamış və ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum oğlu X1 rayonu, Astanlı kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxtlar bəzi məsələlərə görə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etməmiş, lakin buna baxmayaraq mərhum oğlunun ölümü heç bir yerdə rəsmi qeydiyyata alınmadığından sorğu etdiyi aidiyyatı orqanlar ona rəsmi imtina sənədi vermişdirlər. Belə ki, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, orada mərhum oğlunun ölümü barəsində heç bir sənədin olmadığının və bu barədə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi barədə imtina məktubu verilmişdir. Daha sonra Neftçala rayon Mərkəzi Xəstəxanasına övladının 1995-ci ildə həmin xəstəxanada dünyasını dəyişdiyini və ölüm haqqında şəhadətnamənin verilməsini istəsə də, Neftçala rayon Mərkəzi Xəstəxanası tərəfindən X2 ölümü barədə heç bir tibbi sənədin olmaması və bu barədə ona imtina arayışı verilmişdir. Məlumat üçün bildirir ki, mərhum oğlu X2 1995-ci ildə dünyasını dəyişməsini və Neftçala rayonu, Astanlı kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunmasını dəfn mərasimində iştirak etmiş şəxslər də təsdiq edə bilərlər. Oğlunun dəfn mərasimində iştirak etmiş həmin şəxlərdən iki nəfərin ad-soyadını göstərməklə məhkəmədən oğlunun həqiqətən də ölməsi və Neftçala rayonu, Astanlı kənd qəbiristanlığında dəfn edilməsi faktını təsdiq etmək üçün onları iş üzrə şahid qismində məhkəməyə dəvət edilmələrini xahiş edir. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 və X3 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında nikah 19 mart 1983-cü il tarixdə 03 nömrəsi ilə qeyd edilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 26 avqust 1992-ci il tarixdə anadan olmuş, Ərizəçi atası, X5 isə anasıdır. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X13 arayışından görünür ki, 1995-ci ildə vəfat etmiş Neftçala rayonu, Astanlı kənd sakini 26 avqust 1992-ci il təvəllüdlü X2 ölümü haqqında Neftçala RMX-sı PHŞ-si tərəfindən ölüm haqqında heç bir tibbi sənəd verilməmişdir. Neftçala rayonu, X4 08 oktyabr 2024-cü il tarixli, 57 №-li məktubunda qeyd edilir ki, Neftçala rayonu, Astanlı kənd sakini X6 26 avqust 1992-ci il tarixdə anadan olmuş, 1995-ci ildə yanıq xəsarətləri ilə Neftçala rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Halhazırda məzarı Neftçala rayonu, Astanlı kənd qəbiristanlığında yerləşir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 07 oktyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 26 avqust 1992-ci il tarixdə Neftçala rayonu, Astanlı kəndində anadan olmuş X2 28 sentyabr 1995-ci il tarixdə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar