Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-127/2023 07.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20 mart 1997-ci ildə Neftçala rayonu, Abasallı kəndində doğulmuş oğlu X3 10 sentyabr 1997-ci ildə Neftçala rayonu, Abasallı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, əri X5 ilə birgə nikahından 20 mart 1997-ci ildə Bayram adlı uşağı doğulmuşdur. Uşaq doğularkən əsasən sağlam olsa da, sonradan onda epilepsiya xəstəliyi aşkar olunub. Qeyd edilən xəstəlik səbəbindən Bayram 10 sentyabr 1994-cü ildə qəflətən ölmüşdür. O, yaşadığı Neftçala rayonu, Abasallı kənd qəbiristanlığında nənəsinin məzarı önündə dəfn edilib. Uşaq körpə ikən dünyasını dəyişdiyindən ona böyük məzar tikilməmiş və baş daşı qoyulmamışdır. Sadəcə məzarı itməsin deyə dəfn olunduğu yerə baş daşı əvəzi olaraq taxta parçası nişangah kimi basdırılmış və üzərinə onun adı, soyadı, doğum və ölüm tarixləri qeyd edilmişdir. Buna baxmayaraq onun ölümü aidiyyəti dövlət orqanında qeydə alınmamışdır. Bu səbəbdən sorğu etdikləri aidiyyəti orqanlar ona imtina sənədi vermişlər. Belə ki, «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X6 müraciəti ilə əlaqədar ona oğlu Bayramın ölümü barədə heç bir tibbi sənədin və tibbi şəhadətnamənin verilmədiyini rəsmən bildirmişlər. Bundan başqa «ölüm haqqında şəhadətnamə» alması üçün müraciət etdiyi Maraqlı şəxsndən də ona uşağın ölümünün rəsmən qeydə alınmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X10 həqiqətən 6 aylığında ölməsi faktını kənd sakinləri, habelə onun dəfnində iştirak edən qohum-qonşular təsdiq edə bilərlər. Ərizəçi qeyd edir ki, oğlu Bayramın ölüm faktının təsdiqlənməsi ailə üzvlərinə məxsus «Torpağa dair Dövlət Aktı»nda yeni sənədləşmələrin aparılması, həmin torpağa Qeydiyyat Şəhadətnaməsinin alınması, bir sıra hüquqları və digər işləri (vərəsəliklə əlaqədar və s.) həyata keçirmələri üçün zəruridir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X1 və X2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 və Ərizəçi 20 mart 1997-ci ildə Neftçala rayonu, Abasallı kəndində doğulmuş X3 valideynləridirlər. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» Publik Şəxsinin 22 dekabr 2022-ci il tarixli arayışından görünür ki, 20 mart 1997-ci ildə doğulmuş və 10 sentyabr 1997-ci ildə vəfat etmiş X3 ölümü haqqında Neftçala Mərkəzi Rayon Xəstəxanası tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Neftçala rayonu, Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, Neftçala rayonu, Abasallı kəndində qeydiyyatda olan Ərizəçi həqiqətən 20 mart 1997-ci ildə X9 adında övladı Abasallı kəndində anadan olmuş, 10 sentyabr 1997-ci il tarixdə vəfat etmiş və Abasallı kənd qəbiristanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə “müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının” müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 06 dekabr 2022-cı il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 20 mart 1997-ci ildə Neftçala rayonu, Abasallı kəndində doğulmuş X3 10 sentyabr 1997-ci ildə Neftçala rayonu, Abasallı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-127/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-127/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver