Məhkəmə qərarları › İş №2(053)-1271/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1271/2024

12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1271/2024 12.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1994-cü ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş oğlu X2 05 sentyabr 1996-cı ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum həyat yoldaşı ilə 15 sentyabr 1994-cü ildə rəsmi nikah bağlamış və həmin nikahdan 3 uşaqları doğulmuşdur. Hazırda həyat yoldaşı vəfat etdiyi üçün mərhum oğlu X2 ölüm haqqında şəhadətnamənin alınmasında çətinlik çəkir. X5 1994-cü ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuşdur. Uşaqda bağırsaq pozğunluğu xəstəliyi olmuş və o həmin xəstəlik səbəbindən 05 sentyabr 1996-cı ildə vəfat etmişdir. X14 rayonu, Xol Qarabucaq kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Onun üçün məzar daşı qoyulmuş, məzar daşının üzərində onun adı, soyadı və ölüm tarixi yazılmışdır. Mərhum oğlunun ölümü heç bir yerdə rəsmi qeydə alınmadığından sorğu etdiyi aidiyyatı orqanlar ona imtina sənədi vermişlər. Belə ki, bununla bağlı Neftçala Rayon Mərkəzi Xəstəxanası X16nə müraciəti ilə bağlı ona bildirmişlər ki, Mərkəzi Xəstəxana tərəfindən oğlu Hafisin ölümü barədə heç bir tibbi sənəd və ya tibbi şəhadətnamə verilməmişdir. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, ona oğlu Hafisin ölümü rəsmi qeydə alınmadığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Oğlu Hafisin ölməsi faktını çoxsaylı kənd sakinləri, həmçinin qohumlar və qonşular da təsdiq edə bilərlər. Qeyd edir ki, oğlu Hafisin ölüm faktının təsdiqlənməsi ailəsinin, həmçinin mərhum oğlunun da adı daxil edilməklə ümumi siyahıya salındığından yeni sənədləşdirmələrin aparılması, yaşadığı evin qeydiyyat şəhadətnaməsinin alınması, vərəsəlik işləri və s. həyata keçirməsi üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 və X1 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X3 15 sentyabr 1994-cü ildə nikah bağlamış, müvafiq nikah həmin tarixdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xol Qarabucaq kənd inzibati ərazi nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 12 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Kərimova» soyadı verilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilmiş «Doğum haqqında akt qeydi»nin surətindən görünür ki, X7 və X3 30 may 1994-cü il təvəllüdlü X2 valideynləridirlər. «Ölüm haqqında» şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 29 sentyabr 2019-cu ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində ölmüşdür. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Ərizəçi oğlu X5 05 sentyabr 1996-cı il tarixində vəfat etmiş və məzarı halhazırda Neftçala rayon Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin Xol Qarabucaq kəndində yerləşən qəbiristanlıqdadır. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X16 tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli 1163 nömrəli arayışda qeyd olunur: «…1994-cü il təvəllüdlü X4 xx.xx.1996-cı il tarixdə dünyasını dəyişməsi barəsində ölüm haqqında şəhadətnamə verilməmişdir». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkillər əlavə edilib. Həmin fotoşəkillərdən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzi olaraq taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 30 sentyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 30 may 1994-cü il tarixdə Neftçala rayonu, Xoltəzəkənd kəndində doğulmuş X2 05 sentyabr 1996-cı ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar