Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1289/2024 23.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1927-ci il təvəllüdlü X1nun 17 avqust 1984-cü il tarixdə Neftçala rayonu, Beşdəli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, o, X8 ilə X2 birgə nikahlarından doğulmdur. X1 17 avqust 1984-cü ildə Neftçala rayonu, Beşdəli kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması, ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq, buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə hazırda atasının ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, 1927-ci il təvəllüdlü X8 17 avqust 1984-cü ildə Neftçala rayonu, Beşdəli kəndində vəfat etmiş və Neftçala rayonu, Beşdəli kənd qəbiristanlığında dəfn olunmuşdur. Kənddə yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri atasının ölüm faktını təsdiq edə bilərlər. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 və X5 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Nikah haqqında” arayışın surətindən görünür ki, X8 ilə X6 arasında nikah 20 fevral 1953-cü il tarixdə 01 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra X6 “Hüseynova” soyadını qəbul etmişdir. Qeyd: Nikaha X.D.Hüseynovanın xx.xx.2022-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2022-ci ildə 07 №-li akt qeydi ilə Neftçala rayon Cəngən kənd İƏN-də dövlət qeydiyyatına alınmışdır. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 avqust 1966-cı il tarixdə anadan olmuş, X8 atası, X7 isə anasıdır. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X17 23 dekabr 2024-cü il tarixli, 18-1-63/2- 1099/2024 nömrəli məktubundan görünür ki, Neftçala rayonu, Beşdəli kəndində yaşamış 1927-ci il təvəllüdlü X3 17 avqust 1984-cü ildə ölməsi ilə bağlı Neftçala rayon X9 Hüquqi Şəxsin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmiş və verilməsi mümkün deyildir. “Məzar daşı” abidəsinin fotoşəkilində X3 doğum tarixi 19 mart 1927-ci il, ölüm tarixi isə 17 avqust 1984-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçinın ərizəsinə Maraqlı şəxs tərəfindən 14 oktyabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 19 mart 1927-ci il tarixdə anadan olmuş X4 17 avqust 1984-cü il tarixdə Neftçala rayonu, Beşdəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1289/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1289/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver