Məhkəmə qərarları › İş №2(053)-133/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-133/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-133/2024 01.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyun 1973-cü ildə Neftçala şəhərində doğulmuş, 22 oktyabr 1993-cü ildə vəfat etmiş X6 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X13 09 iyun 1973-cü ildə Neftçala şəhərində anadan olmuşdur. Onunla mərhum həyat yoldaşı X4 02 fevral 1972-ci il tarixdə Maraqlı şəxsndə qeyd edilmiş rəsmi nikahından Fuaddan başqa 05 dekabr 1974-cü il tarixdə Azər adlı bir övladları da doğulmuşdur. Oğlu Azər ailə başçısı olmaqla hazırda Bakı şəhərində yaşayır. Belə ki, haqqında bəhs edəcəyi oğlu X11 ailənin ilk uşağı olmuş, 1980-ci ildə Neftçala şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə getmiş və 1990-cı ildə isə həmin orta məktəbi bitirmişdir. Həmin il o, Azərbaycan Tibb İnstitutuna qəbul imtahanlarını versə də, sonda müsabiqədən keçə bilməmiş və növbəti 1991-ci ildə Ukrayna Respublikasına gedib orada Texniki Universitetə qəbul olunmuşdur. Fuad Əliyev 3-cü kursu bitirəndən sonra təcrübəyə buraxılmış, təcrübədə olarkən o, qısa müddətə onları görmək üçün rayona gəlmiş və 15 gün burada qaldıqdan sonra 22 oktyabr 1993-cü il tarixdə Bakıya qayıdarkən Neftçala şəhərinin çıxışında onun mindiyi avtomobil qəflətən dəmir dirəyə dəyib qəza törətmiş və qəza nəticəsində Fuad elə hadisə yerindəcə ölmüşdür. Onlar Fuadı elə həmin gün, yəni 22 oktyabr 1993-cü il tarixdə Neftçala şəhərinin yaxınlığında yerləşən və “Pir” adlanan qəbiristanlıqda dafn etmişlər. Lakin, həmin vaxt onlar bu barədə qanunu bilməməzlikdən həkim xəstəxana arayışı, yəni Fuadın barəsində ölüm haqqında həkim şəhadətnaməsi, yəni tibbi şəhadətnamə almamışlar. Bu səbəbdən də onlarda onun ölməsi faktını təsdiqləyən heç bir rəsmi sənəd yoxdur. Daha dəqiqi, onlar Fuadın ölümü barədə qanunvericilikdə müəyyən edilmiş müddətdə aidiyyəti orqana məlumat vermədiylri üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Onlar, Maraqlı şəxsnə Fuadın ölümü haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsələr də, şöbədə ölüm aktlarının qeydiyyatı kitabında müvafiq qeyd olmadığına görə onlara mərhum oğlu Fuadın ölümü haqqında şəhadətnaməni vermǝyǝrǝk imtina məktubunda bu barədə ərizə ilə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X5 müraciətlə əlaqədar bildirmişlər ki, Mərkəzi Xəstəxana tərəfindən oğlu Fuadın ölümü barədə heç bir tibbi sənəd və tibbi şəhadətnamə verilməmişdir. Əlavə olaraq qeyd edir ki, həyat yoldaşı X10 18 sentyabr 2009-cu il tarixdə “beyin insultu” xəstəliyindən vəfat etmişdir. O, oğlu - mərhum Fuadın məzarının yanında, onunla yanaşı dəfn edilmişdir. Oğlu Fuadın vəfat etməsi faktını çoxsaylı şəhər sakinləri və habelə onun dəfnində iştirak edən qohum-qonşular, dostları və digər insanlar da təsdiq edə bilərlər. Aşağıda həmin şəxslərdən iki nəfərinin ad-soyadını və ünvanlarını göstərməklə məhkəmədən xahiş edir ki, oğlunun həqiqətən də ölməsi faktını təsdiqləmələri üçün həmin şəxsləri iş üzrə şahid qismində məhkəməyə dəvət etsinlər. Panǝliyev Xanağa Talıb oğlu, ünvanı: Neftçala rayonu, Kürkənd kəndi. X7, ünvanı: Neftçala rayonu, Kürkənd kəndi. Qeyd edir ki, oğlu Fuadın ölüm faktının təsdiqlənməsi, onun bir sıra hüquqlarını, vərəsəliklə əlaqədar məsələləri, müvafiq sənədlərin rəsmiləşdirilməsi və s. digər işləri həyata keçirməyləri üçün zəruridir. Onun ölmü haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət edir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş ərizəçi gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iş üzrə növbəti məhkəmə baxışı iclasında xəstəliyi ilə bağlı iştirak edə bilməyəcəyini üzürlü sayıb işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X7 və X2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin məktubundan görünür ki, Neftçala şəhərində anadan olmuş X6 22 oktyabr 1993-cü ildə Neftçala şəhərində vəfat etməsi barədə Neftçala rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Neftçala rayonu İHB-nin, Neftçala şəhəri İƏDÜN tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli arayışda qeyd edilir: “Əliyeva X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 58 ünvanında yaşayır. “Nikah haqqında” 01 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X10 ilə X1 arasında nikah 02 fevral 1972-ci il tarixdə bağlanmış və həmin tarixdə 01 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Qeyd:Nikaha A.Ə.Əliyevin xx.xx.2009-cu uldə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2009-cu il tarixdə 91 №-li akt qeydi ilə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmışdır. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X13 09 iyun 1973-cü ildə anadan olmuş, atası X9, anası isə Ərizəçidır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 21 noyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 09 iyun 1973-cı il tarixdə Neftçala şəhərində doğulmuş X6 22 oktyabr 1993-cü ildə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar