Məhkəmə qərarları › İş №2(053)-136/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-136/2023

17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-136/2023 17.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən - Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi «ölüm faktının müəyyən edilməsinə dair» ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X1 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsinin Neftçala rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən «Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir». Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə «doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının» müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Eyni Məcəllənin 309.1-ci maddəsinə əsasən «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir». Təqdim edilmiş ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Əhədov X2 şəhəri, Talıblı küçəsi, ev 34 ünvanında qeydiyyatda olduğu və yaşadığı halda ərizə aidiyyət qaydaları pozulmaqla Neftçala Rayon Məhkəməsinə verilmişdir. Eyni zamanda ərizədə maraqlı şəxs olan Maraqlı şəxs ünvanı Neftçala şəhəri, H.Əliyev prospekti, 34A olduğu halda Neftçala şəhəri, T.Xəlilbəyli, küçəsi 83 göstərilmiş, ərizəyə tibbi arayış əlavə edilməmişdir. Qeyd edilən hallara görə ərizənin və ona əlavə edilmiş sənədlərin prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığını hesab edir və ərizənin məhkəmə icraatının mümkün olmadığı qənaətinə gəlirəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə», hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263,264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar