Məhkəmə qərarları › İş №2(053)-1363/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1363/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1363/2025 11.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1922-ci ildə Neftçala rayonunda doğulmuş Bayramova (Əzizova) Mədinə Xudabaxış qızının 03 fevral 1989-cu ildə Neftçala şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum anası Bayramova (Əzizova) Mədinə Xudabaxış qızı 1922-ci ildə Neftçala rayonunda doğulmuşdur. O, mərhum X6 ilə 1950-ci ildə ailə qurmuş və birgə nikahlarından beş uşaqları doğulmuşdur. X6 13 fevral 1965-ci il tarixində Neftçala şəhərində vəfat etmiş və ölüm haqqında 22 fevral 1965-ci il tarixində 04 nömrəli akt qeydi tərtib edilmişdir. Anası Bayramova (Əzizova) Mədinə Xudabaxış qızı 03 fevral 1989-cu il tarixində Neftçala şəhərində vəfat etmiş və onu yaxın qohum və qonşularının iştirakları ilə Neftçala şəhərində yerləşən Pirətəvan qəbiristanlığında dəfn etmişlər. Mərhum anası X3 ölümü barədə qanunvericilikdə müəyyən edilmiş müddətdə məlumat verilmədiyi üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X23 tibbi arayış almaq üçün müraciət etmiş və sonuncu tərəfindən ona verilən 27 avqust 2025-ci il tarixli, 597 nömrəli arayışda 1989-cu ildə Neftçala rayonunda vəfat etmiş X3 ölümü barədə xəstəxana tərəfindən heç bir sənəd verilmədiyi qeyd edilmişdir. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona verilən 27 avqust 2025-ci il tarixli 3-16-5/8-M-521/2025 nömrəli məktubda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsinin müraciətinə əlavə edilmədiyi, verdiyi məlumatda ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi və ölümün qeydiyyatının aparılmadığını bildirdiyindən, ona ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mərhum anası Bayramova (Əzizova) Mədinə Xudabaxış qızının ölüm faktının müəyyən olunması ona vərəsəliklə bağlı sənədləşdirilmə işlərinin aparılması üçün üçün lazımdır. Bayramova (Əzizova) Mədinə Xudabaxış qızının ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilmir və ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edib. Mərhum anası Bayramova (Əzizova) Mədinə Xudabaxış qızının 03 fevral 1989-cu il tarixində ölməsini onun dəfn və yas mərasimlərində iştirak etmiş qohumları X8 və X9 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Qeyd edir ki özünəməxsus doğum haqqında şəhadətnamənin ana qrafasında anasının soyadı “Əzizova” kimi qeyd edilsə də, qəbirüstü abidədə “Bayramova” kimi yazılmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 və X4 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X13 ilə X10 17 dekabr 1987-ci ildə nikah bağlamışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X15 və X11 xx xxxx 1961-ci il təvəllüdlü X5 valideynləridirlər. Maraqlı şəxs tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X15 13 fevral 1965-ci ildə Neftçala şəhərində ölmüşdür. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X24 tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli, 597 nömrəli arayışda qeyd olunur: «…1989-cu ildə Neftçala rayonunda vəfat etmiş X3 ölümü barədə Neftçala RMX-sı tərəfindən heç bir tibbi sənəd verilməmişdir». Neftçala rayon notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 04 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, 1989-cu il tarixdə vəfat etmiş X1 qalan miras ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən X2 ölümü barədə məlumat aşkar olunmadığından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkilinin üzərində «X7», 1922 – 1989 yazısı qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 1922-ci il təvəllüdlü anası Bayramova (Əzizova) Mədinə Xudabaxış qızının 03 fevral 1989-cu ildə ölməsi faktı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 27 avqust 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 1922-ci ildə Neftçala rayonunda doğulmuş Bayramova (Əzizova) Mədinə Xudabaxış qızının 03 fevral 1989-cu ildə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar