Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1504/2024 17.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Ərizəçi «hüquqi əhəmiyyəti olan atalıq faktının müəyyən edilməsinə dair» ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1883-cü ildə İran İslam Respublikasında doğulmuş X6 20 mart 1965-ci ildə Neftçala rayonu, Xolqarabucaq kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”, “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb” göstərilməlidir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.7, 9.3 və 9.4-cü bəndlərində qeyd olunur ki, «Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər»; «Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir»; «Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur». Qeyd olunur ki, Ərizəçi tərəfindən ərizədə 1883-cü il təvəllüdlü X9 adlı şəxsin onun atası olduğundan, X9 ilə X4 adlı şəxsin faktik nikah münasibətlərinə daxil olduqlarından, onların ümumi ailə münasibətlərindən X1 (ərizəçinin bacısı) doğulduğundan, X6 1958-ci ildə (ərizənin məzmununda belə qeyd olunur) Neftçala rayonu, Xol Qarabucaq kəndində öldüyündən bəhs edilmiş, mərhumun ölüm faktının təsdiqlənməsi ailənin onun adı daxil edilməklə bəzi sənədlərin alınması, onların bir sıra hüquqlarını və digər işləri (vərəsəliklə əlaqədar və s.) həyata keçirmələri üçün sənədləşdirilməsi ilə əlaqədar olaraq X6 ölüm faktının müəyyən edilməsinə zərurət yarandığı qeyd edilmişdir. Buna baxmayaraq qeyd edilən halları təsdiq edən sənədlər (məsələn, X6 doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd, onun müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar), X1 doğum haqqında şəhadətnamələrinin surətləri və ya onların doğum qeydi barədə müvafiq icra hakimiyyəti organından alınan arayışlar, X6 öldüyü qeyd olunsa da onun ölümünü təsdiq edən hər hansı bir sənəd, həmçinin həmin sənədlərin ondan asılı olmayan səbəblərə görə təqdim edilməsinin mümkünsüzlüyü barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Həmçinin Neftçala rayonu İHB-nin Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və digər şəxslər tərəfindən tərtib edilmiş aktda X6 Neftçala rayonu Xol Qarabucaq kəndində yaşadığı, həmin kənddə vəfat etdiyi, onun qonşuları X10 və X3 onun dəfnində iştirak etdiyini, şahidlərin onun Xol Qarabucaq qəbiristanlığında məzarının yerini göstərdikləri qeyd edilmiş, ərizəyə X8 məxsus olan məzar daşının fotoşəkili əlavə olunmuşdur. Bu fotoşəkillərdə məzar daşının hansı şəxsə məxsus olması haqqında heç bir qeyd olmadığından ərizəyə əlavə edilən fotoşəkildəki məzar daşının X8 məxsus olması ziddiyyət yaradır. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin 2(053)-1114/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi X2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək XX.XX.1870-ci ildə İran İslam Respublikasında doğulmuş mərhum babası X6 XX.XX.1960-cı ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunan qərardadda doğum və ölüm tarixləri də fərqlidir. Bundan başqa ərizəçi ərizənin “xahiş edirəm” hissəsində X6 xx.xx.1965-ci ildə, ərizənin məzmununda isə xx.xx.1958-ci ildə ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Qeyd edilən səbəblərə görə Ərizəçi belə bir ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması da kifayət qədər şübhə doğurur. Beləliklə, ərizə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən “İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır”. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur”. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «hüquqi əhəmiyyəti olan atalıq faktının müəyyən edilməsinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-1504/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1504/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver