Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1632/2025 24.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X16 və Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 aprel 2005-ci ildə Neftçala rayonu, Kürkənd kəndində doğulmuş X3 05 yanvar 2006-cı ildə Neftçala rayonu, Kürkənd kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində yaşayır. 2004-cü ildə X7 ilə Maraqlı şəxsndə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 03 aprel 2004-cü il təvəllüdlü X6, 09 aprel 2005-ci il təvəllüdlü X8, 02 oktyabr 2007-ci il təvəllüdlü X5 və 16 may 2012-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Əri və oğlu X8 ölmüşlər. Mərhum əri X4 ölüm haqqında şəhadətnaməsi hazırda mövcuddur. Lakin mərhum oğlu 09 aprel 2005-ci il təvəllüdlü X3 ölümü haqqında heç bir yerdə rəsmi qeydiyyat aparılmamış və onun adına ölüm haqqında şəhadətnamə mövcud deyildir. Belə ki, mərhum oğlu X8 09 aprel 2005-ci ildə Neftçala rayonu, Kürkənd kəndində doğulmuşdur. Körpə aylarında uşağın demək olar ki, səhhətində ciddi problemlər baş verməmişdir. Lakin uşaq 8 ayından sonra tez-tez xəstələnməyə başlamışdır. Daha sonra körpə 9 ayında, yəni 05 yanvar 2006-cı ildə qəfil ölmüş, lakin onun ölümü haqqında heç bir rəsmi qeydiyyat aparılmamış və onun üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum oğlu X1 rayonunda yerləşən Pirətəvan adlandırılan qəbiristanlığda dəfn edilmişdir. Həmin vaxtlar bəzi məsələlərə görə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət edilməmişdir. Lakin buna baxmayaraq, mərhum oğlunun ölümü heç bir yerdə rəsmi qeydiyyata alınmadığından sorğu etdiyi aidiyyəti orqanlar ona rəsmi imtina sənədi veriblər. Belə ki, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, orada mərhum oğlunun ölümü barəsində heç bir sənədin olmaması və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi barədə imtina məktubu verilmişdir. Daha sonra Neftçala Rayon Mərkəzi Xəstəxanasına oğlunun 2006-cı ildə öldüyünü və ölüm haqqında şəhadətnamənin verilməsini istəsə də, xəstəxana tərəfindən X3 ölümü barədə heç bir tibbi sənədin olmaması barədə imtina arayışı ona verilmişdir. Mərhum oğlu X3 2006-cı ildə ölməsini və Neftçala rayonunda yerləşən Pirətavan qəbiristanlığında dəfn olunmasını dəfn mərasimində iştirak etmiş şəxslər də təsdiq edə bilərlər. Mərhum oğlunun ölüm faktının müəyyən edilməsi ailəsinin onun adı daxil edilməklə bəzi sənədlərin alınması vərəsəliklə əlaqədar bir sıra işləri həyata keçirməsi üçün zəruridir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X14 və X11 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X7 ilə X9 16 aprel 2004cü ildə nikah bağlamışdır. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X7 27 yanvar 2025-ci ildə Bakı şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş «Doğum haqqında akt qeydi»nin surətindən görünür ki, X7 və Ərizəçi 09 aprel 2005-ci il təvəllüdlü X3 valideynləridirlər. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli 127 nömrəli arayışda qeyd olunur: «...Verilir həmən arayış Neftçala rayon Kürkənd kəndində qeydiyyatda olan və həmən ünvanda yaşayan Ərizəçi ona görə ki, onun 09 aprel 2005-ci ildə dünyaya gələn oğlu X8 2006-cı ilin yanvar ayında vəfat etmişdir. Ərizəçi verdiyi məlumata əsasə onun oğlunun məzarı Neftçala rayonu Pirətavan qəbiristanlığında yerləşir». «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X23 tərəfindən verilmiş 12 avqust 2025-ci il tarixli, 543 nömrəli arayışda qeyd olunur: «…Verilir ondan ötrü ki, xx.xx.2005-ci ildə Neftçala rayonu, Kürkənd kəndində anadan olmuş və 2006-cı ilin yanvar ayında vəfat etmiş X3 ölümü bürədə Neftçala RMX-sı tərəfindən heç bir tibbi sənəd verilməmişdir». Neftçala rayon notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 28 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, 27 yanvar 2025-ci il tarixdə vəfat etmiş X2 qalan miras ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən X3 ölümü barədə məlumat aşkar olunmadığından imtina olunmuşdur. İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkil əlavə edilib. Həmin fotoşəkildən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzinə taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 09 aprel 2005-ci il təvəllüdlü oğlu X3 05 yanvar 2006-cı ildə ölməsi faktı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 08 avqust 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 09 aprel 2005-ci ildə Neftçala rayonunda doğulmuş X3 05 yanvar 2006-cı ildə Neftçala rayonu, Kürkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-1632/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1632/2025
24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver