Məhkəmə qərarları › İş №2(053)-1678/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1678/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1678/2025 10.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) X5 iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 mart 1973-cü ildə Neftçala şəhərində doğulmuş mərhum X3nun 02 aprel 1988-ci ildə Neftçala şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 16 mart 1973-cü ildə Neftçala şəhərində doğulmuşdur. X3 02 aprel 1988-ci il tarixdə Neftçala şəhərində vəfat etmiş və o, yaxın qohum və qonşularının iştirakı ilə Neftçala rayonunda yerləşən Pirətavan qəbiristanlığında dəfn edilmişdir. X6 ölümü barədə qanunvericilikdə müəyyən edilmiş müddətdə məlumat verilmədiyi üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasına tibbi arayış üçün müraciət etsə də, ona həmin arayışın verilməsindən imtina edilmişdir. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, ölüm aktlarının qeydiyyatı kitabında müvafiq qeyd olmadığına görə ona mərhum X3nun ölümü haqqında şəhadətnamə verilməmiş, cavab məktubunda ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X6 ölüm faktının müəyyən olunması ona müvafiq sənədlərin rəsmiləşdirilməsi üçün lazımdır. Bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə etmək üçün Neftçala rayon notariat ofisinə müraciət edib. Notariat ofisinin 20 noyabr 2025-ci il tarixli məktubunda X3nun ölümünü təsdiq edən sənəd aşkar edilmədiyindən mtivafıq orqana müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin nümayəndəsi (oğlu) X11 işin məhkəmə baxışı zamanı ərizədə göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X7 və X2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Evlənmək haqqında» şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 20 iyul 1970-ci ildə nikah bağlamışdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, X4 və Ərizəçi 16 mart 1973-cü il təvəllüdlü X6 valideynləridirlər. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X4 25 yanvar 2017-ci ildə Neftçala şəhərində ölmüşdür. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X17 tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 758 nömrəli arayışda qeyd olunur: «…xx.xx.1973-cü ildə anadan olmuş və xx.xx.1988-ci ildə vəfat etmiş Neftçala rayonu, Həsənabad qəsəbə sakini X6 ölümü ilə bağlı “Neftçala RMX” PHŞ-sı tərəfindən heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2025-ci il tarixli 1058 nömrəli arayışda qeyd olunur: «...Həsənabad qəsəbəsi, N.Ağahüseynov küçəsi ünvanında yaşamış mərhum X10 həqiqətən 1988-ci il tarixində Həsənabad qəsəbəsi, N.Ağahüseynov küçəsi ünvanında yaşadığı fərdi yaşayış evində vəfat etmişdir». Neftçala rayon notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 20 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, 25 yanvar 2017-ci il tarixdə vəfat etmiş X1 qalan miras ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən X6 ölümü barədə məlumat aşkar olunmadığından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkillərinin üzərində «X10», 1973 – 1988 yazısı qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 16 mart 1973-cü il təvəllüdlü X3nun 02 aprel 1988-ci ildə ölməsi faktı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 28 oktyabr 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 16 mart 1973-cü ildə Salyan rayonunda doğulmuş X6 02 aprel 1988-ci ildə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar