Məhkəmə qərarları › İş №2(053)-1690/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1690/2025

03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1690/2025 03.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X5 və Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 26 may 2025-ci ildə Neftçala rayonu, Ramazanlı kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum anası X7 26 may 2025-ci ildə Neftçala rayonu, Ramazanlı kəndində vəfat etmiş və onu yaxın qohum və qonşularının iştirakları ilə Neftçala rayonu, Ramazanlı kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. X1 ölümü barədə qanunvericilikdə müəyyən edilmiş müddətdə məlumat verilmədiyi üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi arayış üçün müraciət etsə də, ona həmin arayışın verilməsindən imtina edilmişdir. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ölüm aktlarının qeydiyyatı kitabında müvafiq qeyd olmadığına görə ona mərhum X1 ölümü haqqında şəhadətnamə verilməmiş, cavab məktubunda ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 və X4 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Neftçala RPŞ tərəfindən 03 fevral 2006-cı il tarixdə verilmiş AZE seriyalı, 04511074 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 1932-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuşdur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli 157 nömrəli arayışda qeyd olunur: «Verilir Ərizəçi ondan ötəri ki, vətəndaşın mərhum anası X7 xx.xx.2025-ci il tarixində yaxın qohumlarının və kənd sakinlərinin iştirakı ilə Ramazanlı qəbiristanlığında dəfn olunmuşdur». «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli, 1053 nömrəli arayışda qeyd olunur: «Verilir, arayış ondan ötrü ki, 1932-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində anadan olmuş və xx.xx.2025-ci ildə vəfat etmiş X3 ölümü ilə bağlı “Neftçala RMX” PHŞ-sı tərəfindən heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir». İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkilinin üzərində «X2», xx.xx.1932 – xx.xx.2025 yazısı qeyd edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri məcmu şəkildə qiymətləndirərək hesab edir ki, Ərizəçi 1932-ci il təvəllüdlü X1 26 may 2025-ci ildə ölməsi faktı müəyyən edilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 25 noyabr 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 1932-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuş X3 26 may 2025-ci ildə Neftçala rayonu, Ramazanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar