Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1773/2025 23.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızı Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildə doğulmuş X1 xx.xx.1995-ci ildə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən “Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir”. Ərizənin məzmunundan görünür ki, ərizəçinin məhkəməyə müraciət etməkdə əsas məqsədinin nə olması, ölüm faktının müəyyən edilməsinin ona nə üçün lazım olduğunu əsaslandırmamış,bununla bağlı lazımi orqanlara müraciət etməmişdir. Yəni ərizəçi məsələnin məhkəmədənkərar qaydada həlli üçün lazım olan tədbirləri görməmişdir. Belə olan halda ərizəçi ilk növbədə hansı məsələnin həlli üçün ölüm haqqında şəhadətnamə tələb olunursa həmin orqana müraciət etməlidir. Həmin orqan həmin məsələnin aparılmasından imtina edəcəyi təqdirdə (əgər imtinanın səbəbi ərizəçinin oğlunun ölüm faktının müəyyən edilməməsi ilə bağlı olarsa) ərizəçi Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsində nəzərdə tutulan xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir». Hesab edirəm ki, ərizəçi ərizənin verilməsi üçün əsas olmuş məsələnin məhkəməyəqədər həlli ilə bağlı zəruri tədbirləri görmədiyinə görə ərizəyə mövcud vəziyyətdə məhkəmə qaydasında baxılması yolverilməzdir. Eyni zamanda izah olunur ki, ərizəçi ona lazım olan məsələnin həlli istiqamətində yuxarıda qeyd olunan tədbirləri həyata keçirdikdən sonra onun yeni əsasla məhkəməyə müraciət etmək hüququ yarana bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən «Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi mövcud vəziyyətdə yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbinə görə “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1773/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1773/2025
23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver