Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1793/2025 30.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə (Maraqlı şəxs) ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1983-cü il təvəllüdlü X7 xx.xx.1985-ci il tarixdə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxxx 1989-cu il tarixində Neftçala şəhərində doğulmuşdur. X2 X12 ilə birgə nikahından 18 iyun 1983-cü il tarixində Xəyyam adlı uşaqları doğulmuş və 01 iyun 1985-ci il tarixində vəfat etmişdir. Xəyyam yaxın qohum ve qonşuların iştirakları ilə Neftçala şəhərində yerləşən qəbiristanliqda (Oryad qəbiristanlığı) yanında dəfn edilmişdir. Xəyyam uşaq ikən vəfat etdiyindən ona taxtadan başdaşı qoyulmamışdır. Anaaı X1 ataaı X16 ilə ailə qurmuş, onların birgə nikahlarından xx xxxxxxx 1989-cu il tarixində ərizəçi doğulmuşdur. X4 08 sentyabr 2025-ci il tarixində vəfat etmişdir. X14 ərizəçinin anadan bir, atadan ayrı olan ögey qardaşıdır. Mərhum qardaşı X7 ölümü barədə qanunvericilikdə müəyyən edilmiş müddətdə məlumat verilmədiyi üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona verilen 26 sentyabr 2025-ci il tarixli 3-16-5/8-Q-588/2025 nömrəli məktubda ölüm faktını təsdiq edən həkim şəhadətnaməsinin müraciətinə əlavə edilmədiyi, verdiyi məlumatda ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi və ölümün qeydiyyatının aparılmadığını bildirdiyindən, ərizəçiyə ərizə ilə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Bundan sonra "Neftçala Rayon Mərkəzi X18 şəxsə tibbi arayış almaq üçün vəkil vasitəsilə müraciət etmişdir. "Neftçala Rayon Mərkəzi X18 şəxsdən verilən 09 dekabr 2025-ci il tarixli, 1104 nömrəli arayışda 18 iyun 1983-cü ildə doğulmuş X7 ölümü barədə xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi qeyd edilmişdir. Mərhum qardaşı X7 ölüm faktının müəyyən olunması mənə vərəsəliklə bağlı sənədləşdirilmə işlərinin aparılması üçün üçün lazımdır. Neftçala rayon notariat ofisinin 22 dekabr 2025-ci il tarixli 459 nömrəli məktubunda qardaşı X7 ölümünü təsdiq edən sənəd olaraq ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilinmədiyi qeyd edilmişdir. Mərhum qardaşı X7 ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilmir və hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs Ərizəçi nümayəndəsi X8 ünvanladığı 26 sentyabr 2025-ci il tarixli 3-16-5/8-Q-588/2025 nömrəli məktubda qeyd edilmişdir ki, X7 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan İX-JQ seriyalı 395126 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1983-cü il tarixdə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında X12, ana qrafasında X9 qeyd olunmuşdur. İş materiallarında olan X-V seriyalı 401616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1989-cu il tarixdə Neftçala şəhərində doğulmuşdur. Ata qrafasında X17, ana qrafasında X9 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 341387 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X20 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1319 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 509471 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2025-ci ildə “xroniki böyrək xəstəliyi” səbəbindən vəfat etmişdir. Neftçala Rayon Mərkəzi Xəstəxanası" X30 tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli, məktuba əsasən xx.xx.1983-cü il tarixdə anadan olmuş və xx.xx.1985-ci ildə vəfat etmiş X7 ölümü ilə bağlı heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Neftçala Rayon Notariat Ofisi tərəfindən verilmiş 22 dekabr 2025-ci il tarixli 459 nömrəli məktubdan görünür ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün miras qoyanın vərəsələrinin dairəsi müəyyənləşdirilməli, zəruri sənədlər, o cümlədən qohumluq faktını təsdiq edən sənədlər toplanmalıdır. Ananızdan qalan mirasa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.1983-cü il tarixdə anadan olmuş qardaşınız X7 doğum faktı qeydə alınsa da, ölümü barədə heç bir məlumat qeydə alınmadığından, onun ölümünü təsdiq edən sənəd olaraq ölüm haqqında şəhadətnaməni təqdim ermək mümkün olmamışdır. Bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qohumudur. Eyni zamanda ərizəçini o saxlayaraq böyütmüşdür. Mərhum ölmədən az öncə hadisə baş verən evdə olduğunu, X10 anası yuyundurduqdan sonra anidən halının pisləşdiyini və ona xəbər verdiyini qeyd etmişdir. Lakin o gələnədək artıq uşağın vəfat etdiyini qeyd edir. X7 dəfnində və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X14 ərizəçinin qardaşı olmuşdur. X14 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qardaşının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qardaşı xx.xx.1983-cü ildə Neftçala şəhərində doğulmuş X7 xx.xx.1985-ci il tarixində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü ildə doğulmuş X7 xx.xx.1985-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X7 adına ölüm haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №2(053)-1793/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1793/2025
30.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver