Məhkəmə qərarları › İş №2(053)-249/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-249/2024

19.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-249/2024 19.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı“ Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli Barışıq Sazişini “Sazişin 1-ci bəndinə görə 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi) olan 3380 (üç min üç yüz səksən) manat borcunu qəbul edir, sazişin 2ci bəndinə görə 2-ci tərəf (Maraqlı şəxs) 3380 (üç min üç yüz səksən) manat borcu 2023cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 30-na kimi hər ay 300 (üç yüz) manatdan az olmamaq şərti ilə 1-ci tərəfin (Ərizəçi) adına olan **********222429 №-li kart hesabına ödəməyi öhdəsinə götürür, sazişin 3-cü bəndinə görə “Barışıq Sazişi” imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, sazişin 4-cü bəndinə görə bu saziş imzalandığı gündən 10 (on) gün müddətinə könüllü şəkildə icra olunmalıdır, sazişin 5-ci bəndində görə Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir hissəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsi və dərhal icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni əsaslandıraraq qeyd edir ki, “mən Ərizəçi X4 mal bələdçisi işləyirdim. Kəsilmiş toyuq məhsullarını dükanlara paylayıb pulunu yığıb verirdim. Binə Südçülük qəsəbəsində mağazada işləyən Maraqlı şəxs da satmaq üçün toyuq məhsulları verirdim. Satıb pullarını verirdi. Hər ikimiz ayın axırında hesabatlar aparırdıq. Mən 2022-ci ildə işdən çıxarkən haqq hesab etdik. Onun mənə 5180 manat borcu olduğu aramızda təsdiqləndi. Həmin borcdan 200 manat 2022-ci ilin iyun ayında, iyul ayında 100 manat və həmin ilin avqust ayında 1500 manat nağd şəkildə mənə pul ödədi. Söz verdi ki, qalan borcu ilin axırına kimi bağlayacaq. Ondan sonra telefonlara cavab vermədi. Mən məcbur olaraq məhkəməyə müraciət etmək üçün kommersiya işi olduğu üçün mediasiyaya müraciət etdim. xx.xx.2023-cü il tarixində baş tutan mediasiya iclasında iştirak edərək həqiqətən borcu olduğunu etiraf edərək 2023-cü ilin dekabr ayından ödəməyə başlayacağı barədə söz verǝrǝk aramızda bu barədə Barışıq sazişinin bağlanması xahişini etdi və həmin Barışıq sazişini təsdiq etdi. Sazişin 1-ci bəndinə görə 2-ci taraf ( Maraqlı şəxs) 1-ci tərəfǝ (X1) olan 3380 (üç min üç yüz səksən) manat borcunu qəbul edir. Sazişin 2-ci bəndinə görə 2-ci tərəf (Maraqlı şəxs) 3380 (üç min üç yüz səksən) manat borcu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 30-na kimi hər ay 300 (üç yüz) manatdan az olmamaq şərti ilə 1-ci tərəfin ( Ərizəçi) adına olan **********222429 N-li kart hesabına ödəməyi öhdəsinə götürür. Sazişin 3-cü bəndinə görə "Barışıq Sazişi" imzalandığı gündən tərəflər üçün macburi xarakter daşıyır. Sazişin 4-cü bəndinə görə bu saziş imzalandığı gündən 10 (on) gün müddətinə könüllü şəkildə icra olunmalıdır. Sazişin 5-ci bəndində görə Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir. Lakin İkinci tərəf yəni Binə Südçülük qəsəbəsində mağazada işləyən Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Hər dəfə bu gün sabah deməklə bugünədək heç bir ödəniş etməmişdir. Ona görə də Barışıq Sazişinin təsdiqi və icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəldik”. Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etməmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək Maraqlı şəxs bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişində mübahisənin növü kommersiya xarakterli göstəilsə də, mediasiya prosesinin gedişində qarşı tərəfin VÖEN-i olmadığı müəyyən edilmiş və mübahisənin mülki xarakterli olduğu müəyyən edilmişdir. Ərizəsinin nəzərə alınmasını və Barışıq Sazişinin təsdiq edilməsinə dair ərizəyə Neftçala Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlamışlar:

1. 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi) olan 3380 (üç min üç yüz səksən) manat borcunu qəbul edir.

2. 2-ci tərəf (Maraqlı şəxs) 3380 (üç min üç yüz səksən) manat borcu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 30-na kimi hər ay 300 (üç yüz) manatdan az olmamaq şərti ilə 1-ci tərəfin (Ərizəçi) adına olan **********222429 №-li kart hesabına ödəməyi öhdəsinə götürür.

3. “Barışıq Sazişi” imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır.

4. Bu Saziş imzalandığı gündən 10 (on) gün müddətinə könüllü şəkildə icra olunmalıdır.

5. Barışq Sazişi bu gündən etibarən qüvvəyə minir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında Barışıq Sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi olan 3380 (üç min üç yüz səksən) manat borcunu qəbul etmiş, 3380 (üç min üç yüz səksən) manat borcu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 30-na kimi hər ay 300 (üç yüz) manatdan az olmamaq şərti ilə Ərizəçi Faxrəddin oğlunun adına olan **********222429 №-li kart hesabına ödəməyi öhdəsinə götürmüş, “Barışıq Sazişi” imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşımış, bu saziş imzalandığı gündən 10 (on) gün müddətinə könüllü şəkildə icra olunmaqla Barışıq Sazişi imzalandığı gündən qüvvəyə minmişdir. Daha sonra, Barışıq Sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi Barışıq Sazişinin məcburi icrası üçün Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış Barışıq Sazişi ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq Sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, Sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq Sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə Barışıq Sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bu baxımdan məhkəmə Barışıq Sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və Barışıq Sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq Sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq Sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq Sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə Barışıq Sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. X7 könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) Barışıq Sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq Sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq Sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təmin edilməli- 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi) olan 3380 (üç min üç yüz səksən) manat borcunu qəbul etməsi, 2-ci tərəf (Maraqlı şəxs) 3380 (üç min üç yüz səksən) manat borcu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 30-na kimi hər ay 300 (üç yüz) manatdan az olmamaq şərti ilə 1-ci tərəfin (Ərizəçi) adına olan **********222429 №-li kart hesabına ödəməyi öhdəsinə götürməsi, “Barışıq Sazişi” imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı, bu Sazişin imzalandığı gündən 10 (on) gün müddətinə könüllü şəkildə icra olunması və Barışıq Sazişinin imzalandığı gündən qüvvəyə minməsinin Maraqlı şəxs öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. “2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi) olan 3380 (üç min üç yüz səksən) manat borcunu qəbul edir. 2-ci tərəf (Maraqlı şəxs) 3380 (üç min üç yüz səksən) manat borcu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 30-na kimi hər ay 300 (üç yüz) manatdan az olmamaq şərti ilə 1-ci tərəfin (Ərizəçi Faxrəddin oğlunun) adına olan **********222429 №-li kart hesabına ödəməyi öhdəsinə götürür. “Barışıq Sazişi” imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Bu Saziş imzalandığı gündən 10 (on) gün müddətinə könüllü şəkildə icra olunmalıdır. Barışq Sazişi bu gündən etibarən qüvvəyə minir” Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar