Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-250/2024 04.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 1958-ci ildə Neftçala rayonu, Qazaxbərəsi kəndində anadan olmuş X2 11 noyabr 2023-cü ildə Neftçala rayonu, Qazaxbərəsi kəndində vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, 10 oktyabr 1958-ci ildə Neftçala rayonu, Qazaxbərəsi kəndində doğulmuş atası X6 08 noyabr 2023-cü ildə vəfat etmiş, Qazaxbərəsi kənd qəbiristanlığında dəfn olunmuşdur. Ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 28 noyabr 2023-cü il tarixli, 3-16-58/11-578/2023 nömrəli imtina məktubunda bildirmişdir ki, atası X6 barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sona dövlət qeydiyyatına alına bilər. "Neftçala rayon Mərkəzi Xəstəxanası" X10 xx.xx.2023-cü il tarixli, 1967 nömrəli aryışdan görünür ki, 10 oktyabr 1958-ci ildə anadan olmuş və 08 noyabr 2023-cü il tarixdə öz şəxsi evində vəfat etmiş X2 ölmü ilə bağlı heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Neftçala rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli 5-6716/2-126/2023 saylı arayışından görünür ki, X6 08 noyabr 2023-cü il tarixdə vəfat edib və Qazaxbərəsi kənd qəbiristanlığında dəfn olunmuşdur. X2 08 noyabr 2023-cü ildə vəfat etməsi onun məzar daşında qeyd edlimiş ölüm tarixi ilə təsdiq olunur. X2 08 noyabr 2023-cü ildə vəfat edib Qazaxbərəsi kənd qəbiristanlığında dəfn olunmasını həmkəndiləri X1 və X7 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Ərizəçi qeyd edir ki, X2 ölüm faktının müəyyən olunması vərəsəlik işinin aparılması üçün ona lazımdır. Ölüm haqqında şəhadətnamənin və ya onun ölümünü təsdiq edən hər hansı bir sənədin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum atası X2 08 noyabr 2023-cü ildə Neftçala rayonu, Qaçaqkənd İƏN-nin Qazaxbərəsi kəndində vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 və X7 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 10 oktyabr 1958-ci ildə Neftçala rayonu, Qazaxbərə kəndində doğulmuş X6 ilə 20 noyabr 1955-ci ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş X4 arasında 30 mart 1983-cü ildə Neftçala rayon Qaçaqkənd kənd sovetliyində nikah bağlanmış və 10 nömrəsi ilə qeyd edilmişdir. “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1987-ci ildə Qaçaqkənd kənd sovetliyinin Qazaxbərəsi kəndində doğulmuşdur. Uşağın atası X6, anası isə X3r. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, 10 oktyabr 1958-ci ildə anadan olmuş, Neftçala rayonu Qazaxbərəsi kəndində yaşamış və 08 noyabr 2023-cü ildə öz şəxsi evində vəfat etmiş X2 ölümü ilə bağlı Neftçala RMX PHŞ-i tərəfindən heç bir ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, X6 barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Neftçala rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd kənd İƏDÜN tərəfindən verilmiş 11 dekabr 2023-cü il arayışdan görünür ki, X6 08 noyabr 2023-cü il tarixdə vəfat edib və Qazaxbərəsi kənd qəbirsanlığında dəfn olunmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, 10 oktyabr 1958-ci il təvəllüdlü X6 08 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 28 noyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 10 oktybar 1958-ci il tarixdə Neftçala rayonu, Qazaxbərəsi kəndində doğulmuş X2 08 noyabr 2023-cü ildə Neftçala rayonu, Qazaxbərəsi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-250/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-250/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver