Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-260/2025 07.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 mart 1997-ci ildə Neftçala rayonu, 1 Mayak kəndində doğulmuş, 16 noyabr 1998-ci ildə vəfat etmiş X9 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə təqdim edərək ərizəsinin “xahiş edirəm” hissəsində düzəliş etdiyini, oğlu X9 16 noyabr 1998-ci ildə harada ölməsi qeyd olunmadığından həmin hissənin 07 mart 1997-ci ildə Neftçala rayonu, 1 Mayak kəndində doğulmuş, 16 noyabr 1998-ci ildə vəfat etmiş X9 Neftçala rayonu, 1 Mayak kəndində ölməsi faktının müəyyən edilməsi kimi oxunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, onunla X7 arasında bağlanılmış 06 sentyabr 1989-cu il tarixli birgə nikahlarından doğulmuş 07 mart 1997-ci il təvəllüdlü X19 16 noyabr 1998-ci Neftçala rayonu 1-ci Mayak kəndində talesmiya xəstəliyindən vəfat etmişdir. Onlar uşağa məzar daşı qoymamış, nişangah kimi taxta parçası qoymuşlar. X13 ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum oğluna ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 05 noyabr 2022-ci il tarixli, 05/494- 76 nömrəli imtina məktubunda bildirir ki, Maraqlı şəxsndə xx.xx.2022-ci il tarixli ərizənizə baxılmış, oğlunuz X20 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılımış, X10 akt qeydi aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10. 2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5 -ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra dövlət qeydiyyatına alına bilər. Odur ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyinizdən oğlunuzun ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. “Neftçala RMX” PHŞ-nin 24 dekabr 2024- cü il tarixli 18.-1-63 /2- 1106/2024 nömrəli arayışından görünür ki, 07 mart 1997-ci ildə doğulmuş X9 16 noyabr 1998-ci ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsin statistika bölməsində olmadığından onun ölmü haqqında tibbi şəhadətnamə verilməmişdir. X2 rayonu 1-ci Mayak kənd qəbirsanlığında dəfn edilmişdir. X3 adında şəxs qazmışdır. X14 vəfat etmişdir. Qəbrin qazılmasında onun oğlu X11 da köməklik etmişdir. Mahir Sadıqovu qəbrǝ X6 qoymuşdur. X11 və X1 Mahir Ədalət oğlunun Neftçala rayonu, 1-ci Mayak kənd qəbirsanlığında dəfn edilməsini məhkəmədə şahid qismində, eyni zamanda çəkilmiş foto şəkillərlə təsdiq edə bilərlər. X9 doğumu haqqında şəhdətnaməsi itirilmişdir. Doğum haqqında arayışın verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada ona bildirilmişdir ki, məhkəmənin sorğusuna əsasən həmin arayış verilə bilər. Azərbaycan Respublikasında Torpaq İslahatı Qanununa əsasən torpaq islahatı aparılanda onlarında ailə üzvələrinin mülkiyyətinə torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində torpaq payçısı kimi oğlu X9 adı qeyd edilmişdir. Həmin torpaq sahəsinə çıxarış almaq istəyir. Müvafiq orqan X9 ölümü haqqında şəhdətnaməsini tələb edir. X9 ölüm haqqında şahədətnaməsini başqa cür ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin baxışı iclasında şahid qismində dindirilmiş X11 və X6 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 01 sentyabr 1971-ci ildə doğulmuşdur. İşə əlavə edilmiş AZE seriyalı, 08237287 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 19 may 1958-ci ildə doğulmuşdur. “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X8 arasında 06 sentyabr 1998-cu ildə 357 nömrəsi ilə nikah qeyd edilmiş, nikahdan sonra arvad “Sadıqova” soyadını qəbul etmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin arayışından görünür ki, Neftçala rayonu, 1-ci Mayak kəndində yaşamış 07 mart 1997-ci il təvəllüdlü X9 16 noyabr 1998-ci ildə ölməsi ilə bağlı Neftçala rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsinin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmiş və verilməsi mümkün deyildir. Məhkəmənin sorğusu əsasında Maraqlı şəxsndən daxil olmuş X9 24 mart 1997-ci il tarixli doğum akt qeydindən görünür ki, o, 07 mart 1997-ci ildə Neftçala rayonu, 1-ci Mayak kəndində doğulmuşdur. İşə həmçinin X9 məzar nişanını əks etdirən foto şəkillər əlavə edilmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X12, X4 mülkiyyətinə və ailə üzvləri kimi qeyd olunan Ərizəçi, X16, X15 və X9 adlarına Neftçala rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli 33 nömrəli qərarı ilə kənd təsərüffatı məhsulları istehsalı üçün 3.58 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 05 noyabr 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 07 mart 1997-ci il tarixdə Neftçala rayonu, 1-ci Mayak kəndində doğulmuş X9 16 noyabr 1998-ci ildə Neftçala rayonu, 1-ci Mayak kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-260/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-260/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver