Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-262/2025 17.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “Şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 oktyabr 2024-cü ildə Neftçala şəhərində anadan olmuş X1 13 noyabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, həyat yoldaşı X6 ilə 21 yanvar 2019-cu il tarixli birgə nikahlarından doğulmuş 24 oktyabr 2024-cü il təvəllüdlü X2 13 noyabr 2024-cü ildə vəfat etmiş, onun ölümü haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 18 dekabr 2024-cü il tarixli, 3-16-5/8-M-681/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, 24 oktyabr 2024cü ildə Neftçala şəhərində anadan olmuş X1 ölməsi faktını qeydə alınması barədə müraciətinizə Maraqlı şəxsndə baxılmış, müəyyən olunmuşdur ki, ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi və ölümün qeydiyyatının aparılmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Neftçala Rayon Mərkəzi X8 Şəxsin 24 dekabr 2024-cü il tarixli 18-1-63/2-1107/2024 nömrəli arayışından görünür ki, Ərizəçi 24 oktyabr 2024-cü il təvəllüdlü övladı X1 13 noyabr 2024-cü ildə ölməsi ilə bağlı Neftçala Rayon Mərkəzi X8 Şəxsin statistika bölməsində məlumat olmadığından, onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. Qeyd edir ki, X2 "Pirətəvan" qəbiristanlığında dəfn olununmuşdur. X1 doğum və ölüm tarixi məzarın baş tərəfində taxta parçasına yapışdırılmış lövhədə göstərilmişdir. Belə ki, rayonda formalaşmış adət-ənənəyə görə bir neçə aylıq olan vəfat etmiş körpəyə başdaşı və ya qəbirüstü abidə qoyulmur. Bu səbəbdən də onlar da adətə uyğun olaraq sadəcə qəbirin baş tərəfində taxta parçası yerləşdirmişlər. Həmçinin qeyd edir ki, övladı X1 13 noyabr 2024-cü ildə vəfat etməsi və "Pirətəvan" qəbiristanlığında dəfn olunmasını X4 və X5 məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Qeyd edir ki, X1 ölüm faktının müəyyən olunması gələcəkdə hər hansı sənədləşdirmə işi ilə bağlı lazım ola bilər. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi hazırlıq iclasında iddia ərizəsinə dəqiqləşmə haqqında ərizə təqdim edərək iddia ərizəsinin xahiş edirəm hissəsində 24 oktyabr 2024-cü ildə Neftçala şəhərində anadan olmuş X1 13 noyabr 2024-cü ildə Neftçala şəhərində vəfat etməsi kimi oxunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X7 və X5 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Nikah haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X3 arasında nikah 21 yanvar 2019-cu il tarixdə 07 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra arvada “Müzəffərova “ soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 24 oktyabr 2024-cü il tarixdə anadan olmuş, X6 atası, Ərizəçi isə anasıdır. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X15 məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış Ərizəçi 24 oktyabr 2024-cü il təvəllüdlü övladı X1 13 noyabr 2024-cü ildə vəfat etməsi barədə Neftçala Rayon Mərkəzi X8 Şəxsin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. “Məzar daşı abidəsi”nin (üzərində qeydlər olan taxta lövhə) fotoşəkillərində X1 doğum tarixi 24 oktyabr 2024-cü il, ölüm tarixi isə 13 noyabr 2024-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 18 dekabr 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 24 oktyabr 2024-cü ildə Neftçala şəhərində anadan olmuş X1 13 noyabr 2024-cü ildə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-262/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-262/2025
17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver