Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-282/2023 10.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X15 oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən Maraqlı şəxs ilə onun arasında X1nun iştirakı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.6-cı maddəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, “Maraqlı şəxs ilə aramızda 27 avqust 2008-ci il tarixində nikah bağlanılmış, bu nikahdan 06 iyun 2009-cu il təvəllüdlü X7 vǝ 09 dekabr 2010-cu il təvəllüdlü X8 adlı iki övladımız dünyaya gəlmişdir. 20 may 2022-ci il tarixdə Salyan şəhərində, X1nun iştirakı ilə aramızda 17604 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 2.1.6-cı maddəsini Maraqlı şəxs qəsdən və üzrsüz səbəbdən icra etmir. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Eyni Qanunun 34.4cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. X1 tərəfindən təsdiq edilmiş 20 may 2022-ci il tarixli mənimlə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən müəyyən edilmişdir ki, barışıq sazişinin 2.1.6-cı maddəsinə əsasən X5 məxsus taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol-stulu) divan, kreslo, jurnal masası, televizor, televizor altlığı, krosna, soyuducu, paltaryuyan, stol (masa) və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur (çil-çıraq), pərdə, karniz, gecǝ lampası, saxsı güldan (böyük) 2 ədəd, yorğan, döşək, balış, ǝdyallar, qab-qaşıq, qazan, paltar setkası mənə qaytarılması haqqında razılığa gəlmişik. Amma barışıq sazişi Maraqlı şəxs tərəfindən tam icra edilmir. Müvafiq Saziş 20 may 2022-ci il tarixdə imzalansa da, həmin tarixdən bu günədək sazişin 2.1.6-cı bəndində göstərilən ona məxsus taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol- stulu) divan, kreslo, jurnal masası, televizor, televizor altlığı, krosno, soyuducu, paltaryuyan, stol və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur, pərdə, karniz, gecǝ lampası, saxsı güldan ( böyük) 2 ədəd, yorğan, döşək, balış, ədyallar, qab-qaşıq, qazan, paltar setkasının mənə qaytarılmasına maneçilik yaradır, öz öhdəliyini icra etmir. Bağlanmış barışıq sazişi cavabdeh tərəfindən könüllü icra edilmədiyindən barışıq sazişinin 2.1.6-cı maddəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edirəm”. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında cavabdeh tərəf iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 2.1.6-cı maddəsinin məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 2.1. Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: 2.1.1 Tərəflər arasında bağlanmış 27 Avqust 2008-ci il tarixli, AZ-İ N 437673 saylı nikah qeydi məhkəmə qaydasında əlavə 03 (üç) ay barışıq müddəti verilmədən ləğv edilir; 2.1.2. Tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X8 nikah pozulduqdan sonra anası X2 himayəsində qalır və xx.xx.2009-cu il təvəllüdlü X7 atası Maraqlı şəxs himayəsində qalır; 2.1.5. xx.xx.2010-cu il təvəllüdlü X8 ilə atası Maraqlı şəxs ünsiyyət qaydası şənbə günü, saat 13:00 dan 15:00-a qədər müəyyən olunur; xx.xx.2009-cu il təvəllüdlü X7 ilə anası X2 ünsiyyət qaydası bazar günü, saat 13:00-dan 17:00-a qədar müəyyən olunur; 2.1.6. X3 məxsus taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol-stulu) divan kreslo, jurnal masası, televizor, televizor altlığı, krosno, soyuducu, paltaryuyan, stol və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur, pərdə, karniz, gecə lampası, saxsı güldan (böyük) 2 ədəd, yorğan, döşək, balış, ədyallar, qab-qaşıq, qazan, paltar setkası ona qaytarılır; Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, X6 və Maraqlı şəxs birgə nikahından (bu nikah 2022-ci ildə pozulmuşdur) iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 doğulmuşdur. Onlardan biri - 06 iyun 2009-cu il tarixdə anadan olmuş X7 atası cavabdeh Maraqlı şəxs və 09 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 iddiaçı-anası X2 yanında saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə X6 və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin 2.1.6-cı maddəsinin şərtlərinə görə X3 məxsus taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol-stulu) divan kreslo, jurnal masası, televizor, televizor altlığı, krosno, soyuducu, paltaryuyan, stol və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur, pərdə, karniz, gecə lampası, saxsı güldan (böyük) 2 ədəd, yorğan, döşək, balış, ədyallar, qabqaşıq, qazan, paltar setkası ona qaytarılmasını Maraqlı şəxs öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin qeyd olunan hissəsinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X6 barışıq sazişinin 2.1.6-cı maddəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə nikahın pozulmasının məhkəmə qaydasında həll edilməsi, uşaqların yaşayış yerinin müəyyən olunması, uşaqlarla ünsiyyət və cehiz əmlakının qaytarılması ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin 2.1.6-cı maddəsinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin arasında artıq həll olunduğundan mübahisə doğurmur. Bu baxımdan məhkəmə barışıq sazişinin X3 məxsus olan taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol-stulu) divan kreslo, jurnal masası, televizor, televizor altlığı, krosno, soyuducu, paltaryuyan, stol və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur, pərdə, karniz, gecə lampası, saxsı güldan (böyük) 2 ədəd, yorğan, döşək, balış, ədyallar, qab-qaşıq, qazan, paltar setkası olmaqla cehiz əmlakının ona qaytarılmasının Maraqlı şəxs öhdəsinə götürməsi hissələrində təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, X6 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi barışıq şərlərinin 2.1.6-cı maddəsinə münasibətdə təmin - X3 məxsus olan taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol-stulu) divan kreslo, jurnal masası, televizor, televizor altlığı, krosno, soyuducu, paltaryuyan, stol və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur, pərdə, karniz, gecə lampası, saxsı güldan (böyük) 2 ədəd, yorğan, döşək, balış, ədyallar, qab-qaşıq, qazan, paltar setkası olmaqla cehiz əmlakının ona qaytarılmasını öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022ci il tarixli Barışıq Sazişi – aşağıdakı şərtə münasibətdə təsdiq edilsin: “2.1.6. X3 məxsus taxt, şifoner, termo, kamot, mətbəx mebeli (stol-stulu) divan kreslo, jurnal masası, televizor, televizor altlığı, krosno, soyuducu, paltaryuyan, stol və 6 ədəd stul, 5 ədəd xalça, 2 ədəd lüstur, pərdə, karniz, gecə lampası, 2 ədəd saxsı güldan (böyük), yorğan, döşək, balış, ədyallar, qab-qaşıq, qazan, paltar setkası ona qaytarılır;” Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-282/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-282/2023
10.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver