Məhkəmə qərarları › İş №2(053)-294/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-294/2024

02.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-294/2024 02.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 Mirsadıq oğluna və Maraqlı şəxs1na qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2 Mirsadıq oğluna və Maraqlı şəxs1na qarşı “Mediasiya prosesi nəticəsində bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Maraqlı şəxs2 Mirsadıq oğlu olaraq xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atası mən olmasını etiraf edirəm və uşağa rəsmi olaraq atasının verilməsini qeydiyyat şöbəsində rəsmi olaraq təsdiq edəcəyimi öhdəmə götürürəm, xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay uşağa 200 (iki yüz) manat aliment ödəməyi öhdəmə götürürəm. Alimenti 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın sonu ödəyəcəm, Ərizəçi atasının mənə hədiyyə verdiyi qızıl üzüyü 6 (altı) ay ərzində geri qaytarmağı öhdəmə götürürəm” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, hazırkı ərizə üzrə Maraqlı şəxs2 Mirsadiq oğlu ilə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışdır. Həmin sazişin əsas müddəaları aşağıdakı kimidir: 1.2 Maraqlı şəxs2 Mirsadıq oğlu atalığı etiraf etdikdən sonra hər ay uşağa 200 (iki yüz) manat aliment ödəniməsinə razıdır. 1.3 Maraqlı şəxs2 Mirsadıq oğlu atalığı etiraf etdikdən sonra azyaşlı övladı ilə hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-a qədər ünsiyyətdə ola bilər. Bunun üçün lazımı şərait yaradacağımı öhdəmə götürürəm. 1.4 Maraqlı şəxs2 Mirsadıq oğlundan başqa heç bir tələbim yoxdur. 2. Mən Maraqlı şəxs2 Mirsadıq oğlu Ərizəçi ilə qeyri- rəsmi ailə münasibətlərində olmuşuq. Bu münasibətdən xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlu doğulmuşdur. 2.1 xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atası mən olmasını etiraf edirəm və uşağa rəsmi olaraq atasının verilməsini qeydiyyat şöbəsində rəsmi olaraq təsdiq edəcəyimi öhdəmə götürürəm. 2.2 xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay uşağa 200 (iki yüz) manat aliment ödəməyi öhdəmə götürürəm. Aliment 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın sonu ödəyəcəm. 2.3 xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlu hər həftənin bazar günü saat 11:00-dan saat 17:00-a qədər ünsiyyətdə olacağımı öhdəmə götürürəm. 2.4 Ərizəçi atasının mənə hədiyyə verdiyi qızıl üzüyü 6 (altı) ay ərzində geri qaytarmağı öhdəmə götürürəm. Göründüyü kimi iş üzrə Maraqlı şəxs2 Mirsadıq oğlu ilə aralarında yuxarıda qeyd olunan əsaslar üzrə saziş bağlanmışdır. Lakin Maraqlı şəxs2 saziş əsasında üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək Maraqlı şəxs2 Mirsadıq oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinin “xahiş edirəm” hissəsində “Maraqlı şəxs2 Mirsadıq oğlunun xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atalığının” verilməsi kimi oxunmasını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında Maraqlı şəxs1 nümayəndəsi iştirak etməmiş, lakin məhkəməyə 02 fevral 2024-cü il tarixdə məlumat xarakterli məktub və digər sənədlər göndərərək tərəflər arasında bağlanmış “barışıq sazişinin” təsdiq edilməsi tələbinə dair olan iş üzrə mediasiyaya dair sənədləri məhkəməyə təqdim etməklə xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında Maraqlı şəxs2 Mirsadıq oğlu iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 2.1, 2.2 və 2.4-cü maddələrinin məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs2 Mirsadıq oğlu arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: 1.2.Maraqlı şəxs2 Mirsadıq oğlu atalığı etiraf etdikdən sonra hər ay uşağa 200 (iki yüz) manat aliment ödəməsinə razıyam. 1.3.Maraqlı şəxs2 Mirsadıq oğlu atalığı etiraf etdikdən sonra az yaşlı övladmızla hər həfdənin bazar günü saat 11:00-dan axşam üstü saat 17:00yə qədər ünsiyyətdə ola bilər. Bunun üçün lazımı şərait yaradacağımı öhdəmə götürürəm. 1.4.Maraqlı şəxs2 Mirsadıq oğludan başqa heç bir tələbim yoxdur. 2.Mən Maraqlı şəxs2 Mirsadıq oğlu Ərizəçi ilə qeyri- rəsmi ailə münasibətlərində olmuşuq. Bu münasibətdən xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlu doğulmuşdur. 2.1.xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atasının mən olmasını etiraf edirəm və uşağa rəsmi olaraq atalıqın verilməsini qeydiyat söbəsində rəsmi olaraq təsdiq edəcəymi öhdəmə götürürəm. 2.2. xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəmə götürürəm. Alimenti 2023-cü ilin oktyabr ayından başlıyaraq hər ayın sonu ödəyəcəm. 2.3. xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan axşam üstü saat 17:00-a qədər ünsiyyətdə olacağımı öhdəmə götürürəm. 2.4.Ərizəçi atasının mənə hədiyyə verdiyi qızıl üzüyü 6 ay ərzində ona qaytaracağımı öhdəmə götürürəm. AA seriyalı, ******* nömrəli şəxiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizədə və barışıq sazişində Maraqlı şəxs2 ata adı “Mirsadıx” olduğu halda səhvən “Mirsadıq” kimi qeyd olunduğundan bundan sonra barışıq sazişində və qətnamədə “Mirsadıx” kimi onunmalıdır. “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Babaşov Ayaz Tehran oğlu (atası Babaşov Tehran Surxay oğlu, anası Ərizəçi) xx.xx.2022-ci il tarixdə Neftçala şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 186 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs2 qeyri-rəsmi ailə münasibətlərindən bir uşaq – xx.xx.2022-ci il təvəllüdlü Tehran adlı uşaqları doğulmuşdur. xx.xx.2023-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs2 arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin 2.1-ci maddəsinin şərtinə görə xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atasının Maraqlı şəxs2 olmasını etiraf etməsi və uşağa rəsmi olaraq atalığın verilməsini qeydiyat söbəsində rəsmi olaraq təsdiq edəcəyinin öhdəsinə götürməsi, sazişin 2.2-ci maddəsinin şərtinə görə xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay 200 (iki yüz) manat aliment ödəməyi, alimenti 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın sonu ödəyəcəyi, sazişin 2.4-cü maddəsinin şərtinə görə Ərizəçi atasının ona hədiyyə verdiyi qızıl üzüyü 6 ay ərzində ona qaytarılmasını Maraqlı şəxs2 öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin qeyd olunan hissəsinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin qeyd olunan hissələrdə məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə bağlı qeyd olunan maddələr qarşılıqlı razılıq əsasında həll edilməmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin 2.1, 2.2 və 2.4-cü maddələrinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin arasında artıq həll olunduğundan mübahisə doğurmur. Bu baxımdan məhkəmə barışıq sazişinin “Maraqlı şəxs2 Mirsadıq oğlu olaraq xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atası mən olmasını etiraf edirəm və uşağa rəsmi olaraq atalığın verilməsini qeydiyyat şöbəsində rəsmi olaraq təsdiq edəcəyimi öhdəmə götürürəm, xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəmə götürürəm. Alimenti 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın sonu ödəyəcəm. Ərizəçi atasının mənə hədiyyə verdiyi qızıl üzüyü 6 ay ərzində ona geri qaytaracağımı öhdəmə götürürəm” hissələrində təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli Barışıq Sazişi barışıq şərlərinin 2.1, 2.2 və 2.4-cü maddələrinə münasibətdə təmin xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun atasının Maraqlı şəxs2 olmasını etiraf etdiyi və uşağa rəsmi olaraq atalığın verilməsini qeydiyyat şöbəsində rəsmi olaraq təsdiq edəcəyinin, xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay 200 (iki yüz) manat aliment ödəməyi, alimenti 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın sonu ödəyəcəyi, Ərizəçi atasının ona hədiyyə verdiyi qızıl üzüyü 6 ay ərzində ona geri qaytaracağını öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi – aşağıdakı şərtlərə münasibətdə təsdiq edilsin: “2.1. xx.xx.2022-ci il təvəldüllü Babaşov Ayaz Tehran oğlunun atasının mən olmasını etiraf edirəm və uşağa rəsmi olaraq atalıqın verilməsini qeydiyat söbəsində rəsmi olaraq təsdiq edəcəymi öhdəmə götürürəm”. “2.2. xx.xx.2022-ci il təvəllüdlü Babaşov Ayaz Tehran oğlunun saxlanılması üçün Ərizəçi hər ay uşağa 200 (iki yüz) manat aliment ödəməyi öhdəmə götürürəm. Aliment 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın sonu ödəyəcəm”. “2.4. Ərizəçi atasının mənə hədiyyə verdiyi qızıl üzüyü 6 (altı) ay ərzində geri qaytarmağı öhdəmə götürürəm”. Qətnamə alimentlə bağlı hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar