Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-306/2023 06.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair" ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 aprel 1998-ci il tarixdə Neftçala şəhərində doğulmuş X1nun 10 oktyabr 2022-ci il tarixdə Neftçala şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. 14 avqust 1997-ci il tarixdə Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan, X10 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından 16 aprel 1998-ci il tarixdə X3 və 18 aprel 2000-ci il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Aralarında yaranmış mübahisələrə görə X10 ilə nikahı Neftçala Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında pozulmuşdur. 07 yanvar 2006-cı il tarixdə isə Maraqlı şəxsndən nikahın pozulması haqqında şəhadətnamə almışdır. X1 10 oktyabr 2022-ci il tarixdə ürək tutması nəticəsində Neftçala şəhərində yaşadıqları evdə vəfat etmişdir. Təbii ki, bir ana kimi oğlunun qəfil ölümü ona çox pis təsir etmişdir. O, oğlunu yaşadığı Neftçala şəhərində yerləşən Pirətəvan qəbiristanlığında, valideynlərinin məzarı önündə dəfn etmişdir. Oğlu üçün məzar daşı da qoyulmuşdır. Onun məzar daşının üzərində adı, soyadı, doğum və ölüm tarixləri yazılmışdır. (Çəkilmiş əlaqədar foto-şəkillər ərizəyə əlavə olunur). Lakin bunlara baxmayaraq, X1nun ölümü heç yerdə rəsmən qeydə alınmadığından, sorğu etdikləri aidiyyəti orqanlar onlara imtina sənədi vermişlər. Belə ki, bu barədə "Neftçala rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsinə olan müraciəti ilə əlaqədar ona bildirmişlər ki, Mərkəzi Xəstəxana tərəfindən oğlu Mirtalibin ölümü barədə heç bir tibbi sənəd və tibbi şəhadətnamə verilməmişdir. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etdiyi Maraqlı şəxsndən də ona bildirilmişdir ki, oğlunun ölümü rəsmən qeydə alınmadığından, bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Oğlu Mirtalibin həqiqətən də 24 yaşında ölməsi faktını çoxsaylı rayon sakinləri, habelə onun dəfnində iştirak edən qohum-qonşular da təsdiq edə bilərlər. Onun dəfnində iştirak etmiş həmin şəxslərdən iki nəfərinin ad-soyadını və ünvanlarını göstərməklə məhkəmədən oğlunun həqiqətən də ölməsi və Neftçala şəhər Pirǝtəvan qəbiristanlığında dəfn edilməsi faktını təsdiqləmələri üçün həmin şəxsləri iş üzrə şahid qismində məhkəməyə dəvət edilməsini və ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 və X7 16 aprel 1998-cı il təvəllüdlü X2 valideynləridirlər. Neftçala rayon X9 Hüquqi şəxsin arayışından görünür ki, 16 aprel 1998-ci il tarixdə anadan olmuş və 10 oktyabr 2022-cu il tarixdə yaşadığı evdə vəfat etmiş X2 ölümü haqqında Neftçala RMX-sı PHŞ-si tərəfindən ölüm haqqında heç bir tibbi sənəd verilməmişdir. Neftçala şəhər, İƏDÜN tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli arayışda qeyd edilir: “Bağırlı X8 şəhəri, Kimyaçılar şəhərciyi, ev 23, mənzil 25 ünvanında yaşayır». “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 X7 ilə olan nikahı ləğv edilmiş, qadına “Qəmbərova” soyadı verilmişdir. “Nikahın pozulması haqqında” 02 noyabr 2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X6 Ərizəçi ilə olan nikahı ləğv edilmiş, qadına “Bağırlı” soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 22 fevral 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 16 aprel 1998-ci il tarixdə Neftçala şəhərində doğulmuş X2 10 oktyabr 2023-cü il tarixdə Neftçala şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-306/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-306/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver