Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-343/2025 08.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 1970-ci ildə Salyan rayonu, Qaraqaşlı kəndində (indiki Neftçala rayonu, Qaraqaşlı kəndi) doğulmuş X1 19 yanvar 2009-cu ildə Neftçala rayonu, Qaraqaşlı kəndində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum qardaşı X8 30 oktyabr 1970-ci ildə Salyan rayonu, Qaraqaşlı kəndində (indiki Neftçala rayonu, Qaraqaşlı kəndi) doğulmuş və 19 yanvar 2009-cu il tarixdə daxili orqanlarında yaranmış xəstəlik səbəbindən ölmüşdür. Ölüm hadisəsi tibb müəssisəsindən kənarda baş vermiş, həmçinin qanunvericiliyin tələblərini bilmədiklərindən məsələ ilə bağlı həmin vaxt müvafiq dövlət orqanlarına müraciət edilməmişdir. Qeyd olunan səbəblərə görə qardaşına ölüm haqqında şəhadətnamə alınmayıb. Mərhum Neftçala rayonu, Qaraqaşlı kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn mərasimi adət-ənənəyə uyğun şəkildə keçirilmiş və mərhuma qəbirüstü abidə olaraq məzar daşı qoyulmuşdur. Məzar daşının üzərində onun soyadı, adı, ata adı, həmçinin doğum və ölüm tarixləri qeyd edilmişdir. Müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona ölüm faktını təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən qardaşının ölümünün qeydə alınmasından imtina olunduğu rəsmi məktubla bildirilmiş, habelə məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 həqiqətən 19 yanvar 2009-cu ildə ölməsi və Qaraqaşlı kənd qəbiristanlığında dəfn edilməsi onun dəfnində və yas mərasimində iştirak edən şəxslər, o cümlədən şahidlər - Şahid1 və Şahid2 tərəfindən təsdiq edilə bilər. Bundan əlavə Qaraqaşlı kənd qəbiristanlığından çəkilmiş məzar fotoşəkilləri də qeyd olunan faktı bir daha təsdiqləyir. Eyni zamanda ölüm faktı ilə bağlı qeyd etdiyi məlumatlar Neftçala rayonu, Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 969 nömrəli arayışda da öz təsdiqini tapmışdır. Sözügedən faktın təsdiq edilməsi ona, eləcə də ailəsinin digər üzvlərinə təsərrüfatla və başqa məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması üçün zəruridir. Qardaşı uzun müddət Rusiya Federasiyasında yaşayıb və daha sonra onu deportasiya ediblər. Bütün sənədləri də Rusiyada qalmışdır. Azərbaycana xəstə olaraq gəlmiş, uzun müddət ev şəraitində müalicə aldığından sənədlərini bərpa edə bilməmişdir. Bəhs edilən ölüm faktını təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi xx xxx 1976-cı il tarixdə Neftçala rayonu, Qaraqaşlı kəndində doğulub. Onun atası X13, anası X3r. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilmiş «Doğum haqqında akt qeydi»nin surətindən görünür ki, X16 və X6 30 oktyabr 1970-ci il təvəllüdlü X5 valideynləridirlər. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 969 nömrəli arayışda qeyd olunur: «...Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaraqaşlı kənd sakini olmuş mərhum X8 həqiqətən Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaraqaşlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbir daşının üzərində ölüm tarixi xx.xx.2009 yazılmışdır...» «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli 86 nömrəli arayışda qeyd olunur: «…Neftçala rayonu, Qaraqaşlı kənd sakini 1970-ci ildə anadan olmuş və 2009-cu ildə vəfat etmiş X5 ölümü barədə Neftçala RMX tərəfindən heç bir tibbi sənəd verilməmişdir...». İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəklinin üzərində «X8, 1970 – 2009 19.1» yazısı qeyd edilmişdir. «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının (J№-156; kod ********) surətindən görünür ki, Neftçala rayonu, Qaraqaşlı kənd sakinləri X7, X9, X10, Ərizəçi Cəmiləddin oğlu və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Neftçala rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə aktda göstərilən cizgilər daxilində yerləşən 2,35 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 18 aprel 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 30 oktyabr 1970-ci il tarixdə Salyan rayonu, Qaraqaşlı kəndində (indiki Neftçala rayonu, Qaraqaşlı kəndi) doğulmuş X5 19 yanvar 2009-cu ildə Neftçala rayonu, Qaraqaşlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-343/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-343/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver