Məhkəmə qərarları › İş №2(053)-359/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-359/2025

05.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-359/2025 05.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərərək Maraqlı şəxs1nda imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin bütövlükdə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs2 ilə nikahlarını 08 iyun 2019cu ildə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1534 № si ilə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 08 fevral 2020-ci il tarixdə X12 adında uşaqları dünyaya gəlmişdir. Cavabdehdən faktiki ayrıldıqdan sonra Maraqlı şəxs1na müraciət etmiş və X2 xx.xx.2024-cü il tarixdə keçirdiyi mediasiya prosesində hazırki ərizə üzrə Maraqlı şəxs2 ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişin əsas müddəaları aşağıdakı kimidir.

1. Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.2019-cu ildə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1534 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikahlarına hər iki tərəf barışıq üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına razılıq verir. Ərizəçi nikahın pozulması üçün Neftçala Rayon Məhkəməsinə müraciət edəcəyini bildirir. Maraqlı şəxs2 nikahın pozulmasına və barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılığını bildirir. 1.1 Nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs2 Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir. 1.2 Maraqlı şəxs2 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən 220 (iki yüz iyirmi) manat aliment ödəməyi öhdəsinə götürür. Alimenti hər ayın 3-10 arası Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs2 öz üzərinə götürür.

2. Uşaqla atanın ünsiyyəti 2.1 Ərizəçi X3 hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 18:00-a qədər nənə - X5, əmi-X11 və ya ata Maraqlı şəxs2 tərəfindən ananın ünvanından alınaraq nənəsigildə qalmasına razılıq verir. 2.2 Ərizəçi X3 qohumları ilə həftənin 2-ci və 4-cü günləri saat 12:00 - 14:00 arası 10 dəqiqə telefon görüntülü, səsli danışmağına şərait təşkil edəcək. 3.1 Əliyev X9 rayonu Saray MTK, bina 63, mərtəbə13, mənzil 115 ünvanında yerləşən mənzildəki bütün əşyaların (əsasən divan, 1 stol, 6 stul dəsti, 2 tək krovat, 2 xalça, taxt, termo, mətbəxt mebeli, soyuducu, paltaryuyan, aspirator, qaz peçi, sərinkeş, 4 dəmir stul, 1 stol mətbəxt, yemək servisi 101 parça, mikser, blendr, ətçəkən, tozsoran, 24 çəngəl qaşıq, çay qaşığı 12, aliminium tava, adi tava, 5 dəst meyvə qabı, 2 döşək, 2 yorğan, 1 taxt döşəyi, 4 silikon yastıq, 3 taxt üzlüyü, 2 adyal, 2 çörək qabı, 2 salfetka qabı, 48 boşqab dəsti, 24 stəkan, 24 nəlbəki, 12 stəkan, 24 kasa, plastik qablar, 2 keramika tava, ütü, multivarka, bambuk yorğan, əl-üz dəsmalları 40 ədəd, 6 duz qabı, 4 konfet qabı, 4 podnos, çaynik 3 ədəd Ərizəçi məxsus olduğunu təsdiqləyir və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həmin əşyaların evdən maneəsiz götürülməsinə şərait təşkil edəcək. 3.2 Maraqlı şəxs2 evlilik zamanı müxtəlif vaxtlarda Ərizəçi alınmış və ona məxsus olan 3000 (üç min) manat dəyərindəki 1 komplekt - 1850 manat, 1 nişan üzüyü - 700 manat, 1 üzük 150 manat, 1 üzük - 300 manat dəyərindəki qızıl - zinət əşyalarını xx.xx.2025-ci ilə qədər Ərizəçi qaytaracaq bu mümkün olmadıqda isə 3000 (üç min) manatı pul şəklində ödəməyi öz üzərinə götürür. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması zamanı ərizəçi məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə dəqiqləşdirmə aparmağın zəruri olduğunu, ərizənin “Xahiş edirəm” hissəsində dəqiqləşmə apararaq 1-ci və 4-cü abzastların çıxarılaraq ,1.1 və 1.2 bəndlərin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılmasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş maraqlı şəxslər məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri haqqında heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 1.1 və 1.2-ci bəndləri təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlamışlar: “1. Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.2019-cu il tarixli 1 saylı Sumqayıt “ASAN xidmət” tərəfindən 1534 №li akt qeydi ilə rəsimləşdirilmiş nikahlarına hər iki tərəf barışıq üçün vaxt verilmədən məhkəmə qaydasında pozulmasına razılıq verir. Ərizəçi nikahın pozulması üçün Neftçala Rayon Məhkəməsinə müraciət edəcəyini bildirir. Maraqlı şəxs2 nikahın pozulmasına və barışıq üçün 3 ay vaxt verilmədən boşanmağa razılığını bildirir. 1.1. Nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs2 Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir. 1.2. Maraqlı şəxs2 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən 220 (iki yüz iyirmi) manat aliment ödəməyi öhdəsinə götürür. Alimenti hər ayın 3-10 arası Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs2 öz üzərinə götürür.

2. Uşaqla atanın ünsiyyəti 2.1. Ərizəçi X4 hər həftənin şənbə günü 11:00-dan bazar günü 18:00-a qədər nənə - X5, əmi - X11 və ya ata Maraqlı şəxs2 tərəfindən ananın ünvanından alınaraq nənəsigildə qalmasına razılıq verir. 2.2. Ərizəçi X3 qohumları ilə həftənin 2-ci və 4-cü günləri saat 12.00-14.00 arası 10 dəqiqə telefon görüntülü, səsli danışmağına şərait təşkil edəcək.

3. Cehizlər və qızıllar 3.1. Əliyev X9 rayonu, Saray MTK, bina 63, mərtəbə 13, mənzil 115 ünvanında yerləşən mənzildəki bütün əşyaların (əsasən divan, 1 stol, 6 stul dəsti, 2 tǝk krovat, 2 xalça, taxt, termo, mətbəxt mebeli, soyuducu, paltaryuyan, aspirator, qaz peçi, sərinkeş, 4 dəmir stul, 1 stol mətbəxt, yemək servisi 101 parça, mikser, blendr, ətçəkən, tozsoran, 24 çəngəl qaşıq, çay qaşığı 12, aliminium tava, adi tava, 5 dəst meyvə qabı, 2 döşək, 2 yorğan, 1 taxt döşəyi, 4 silikon yastıq, 3 taxt üzlüyü, 2 adyal, 2 çorǝk qabı, 2 salfetka qabı, 48 boşqab dəst, 24 stəkan, 24 nəlbəki, 12 stəkan, 24 kasa, plastik qablar, 2 keramika tava, ütü, multivarka, bambuk yorğan, əl üz dəsmalları 40 ədəd, 6 duz qabı, 4 konfet qabı, 4 podnos, çaynik 3 ədəd) Ərizəçi məxsus olduğunu təsdiqləyir və xx.xx.2024 tarixindən xx.xx.2025-ci il tarixinə qədər həmin əşyaların evdən manesəsiz götürülməsinə şərait təşkil edəcək. 3.2. Maraqlı şəxs2 evilik zamanı müxtəlif vaxtlarda Ərizəçi alınmış və ona maxsus olan 3000 (üc min) manat dəyərindəki 1 komplekt - 1850 manat, 1 nişan üzüyü - 700 manat, 1 üzüyü - 150 manat, 1 üzük 300 manat dəyərindəki qızıl ziynət əşylarını xx.xx.2025-ci ilə qədər Ərizəçi qaytaracaq bu nümkün olmadıqda isə 3000 (üç min) manatı pul şəklində ödəməyi öz üzərinə götürür”. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs2 birgə nikahından (bu nikah 08 iyun 2019-cu ildə bağlanmışdır) bir uşaq – xx.xx.2020-ci il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər barışıq sazişinin 1, 1.1, 1.2, 2, 2.1, 2.2, 3, 3.1, 3.2-ci bəndlərinə əsasən öhdəlik götürmüşdür. Daha sonra, barışıq sazişinin 1.1 və 1.2-ci bəndinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi qızı barışıq sazişinin 1.1 və 1.2-ci bəndinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə nikahın pozulacağını nəzərə alaraq tərəflərin birgə nikahından doğulmuş 08 fevral 2020-ci il təvəllüdlü X8 anası Ərizəçi yanında saxlanılmasının və uşağın saxlanılması üçün 01 yanvar 2025-ci il tarixdən etibarən 220 manat aliment ödəməyi, alimenti hər ayın 3-10 arası Maraqlı şəxs2 tərəfindən Ərizəçi məxsus bank kartına ödənilməsinin məhkəmə qaydasında həll edilməsi xahiş edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin 1.1 və 1.2-ci maddəsinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin arasında artıq həll olunduğundan mübahisə doğurmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi, barışıq şərlərinin 1.1 və 1.2-ci bəndlərinə münasibətdə təsdiq nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs2 Ərizəçi ilə birgə nikahdan doğulmuş 08 fevral 2020-ci il təvəllüdlü X8 ana Ərizəçi yanında saxlanılmasına razılıq verməsi və Maraqlı şəxs2 08 fevral 2020-ci il təvəllüdlü X1 üçün 01 yanvar 2025-ci il tarixdən etibarən 220 (iki yüz iyirmi) manat aliment ödəməyi öhdəsinə götürməsi, alimenti hər ayın 3-10 arası Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs2 öz öhdəsinə götürməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi – aşağıdakı şərtlərə münasibətdə təsdiq edilsin: “1.1. Nikahın pozulacağını nəzərə alaraq Maraqlı şəxs2 Ərizəçi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X8 ana Ərizəçi yanında saxlanılmasına razılıq verir. 1.2. Maraqlı şəxs2 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən 220 (iki yüz iyirmi) manat aliment ödəməyi öhdəsinə götürür. Alimenti hər ayın 3-10 arası Ərizəçi məxsus bank kartına ödənilməsini Maraqlı şəxs2 öz üzərinə götürür”. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar