Məhkəmə qərarları › İş №2(053)-394/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-394/2025

27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-394/2025 27.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 1957-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, 05 oktyabr 1989-cu ildə Neftçala rayonu, Aşağı Surra kəndində vəfat etmiş X1 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum X2 21 may 1957-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuşdur. X2 05 oktyabr 1989-cu il tarixdə bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş və Neftçala rayonu, Aşağı Surra kənd qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimi ədət-ənənəyə uyğun şəkildə keçirilmiş və mərhuma qəbrüstü abidə olaraq məzar daşı qoyulmuşdur. Məzar daşının üzərində adı, ata adı və soyadı yazılmış, həmçinin doğum və ölüm tarixləri qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ölümün təsdiqi və hüquqi nəticələrinin doğulması məqsədilə bu barədə dövlət orqanlarına müraciət edilmiş və ona ölüm haqqında şəhadətnamə alınmamışdır. Müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona ölüm faktını təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən qardaşının ölümünün qeyd alınmasından imtina olunduğu rəsmi məktubla bildirilmiş, habelə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X1 həqiqətən 05 oktyabr 1989-cu ildə ölməsi və Neftçala rayonu, Aşağı Surra kənd qəbiristanlığında dəfn edilməsi ilə bağlı onun dəfnində və yas mərasimində iştirak edən şəxslər, o cümlədən Şahid1 Böyükağa oğlu və X6 tərəfindən məhkəmədə şahid qismində dindirilməklə təsdiq edilə bilər. Bundan əlavə ərizəyə əlavə etdiyi Aşağı Surra kənd qəbiristanlığından çəkilmiş məzar fotoları da qeyd olunan faktı bir daha təsdiqləyir. Eyni zamanda ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar Neftçala rayonu, Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda da öz təsdiqini tapmışdır. Sözügedən faktın təsdiq edilməsi ona, eləcə də ailənin digər üzvlərinə təsərrüfatla və başqa məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması üçün zəruridir. Bəhs edilən ölüm faktını təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsi mümkünsüzdür və məhkəmə sənədlərə müraciət etməklə mümkündür. Qeyd edir ki, X2na məxsus doğum haqqında şəhadətnamə itibdir. Məhkəməyə təqdim olunması məqsədilə onun doğumu barədə akt qeydinə surətinin verilməsini Maraqlı şəxsndən xahiş etdikdə isə adıçəkilən şöbədən ona həmin sənədin yalnız məhkəmənin müvafiq sorğusu əsasında verilə biləcəyi bildirilmişdir. Həmçinin qardaşının ölümü ilə bağlı müvafiq tibbi sənədin verilməsi üçün müraciət etdiyi “Neftçala rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən də müraciətinin cavablandırılmasından imtina edilmiş və mənə bu barədə məhkəmə tərəfindən rəsmi sorğu verilməli olduğu şifahi şəkildə bildirilmişdir. Məhkəmənin baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1959-cu ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuşdur. İşə əlavə edilmiş Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Surra kənd İƏDÜN tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 29 saylı arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X5 xx.xx.1989-cu ildə vəfat etmiş, Aşağı Surra kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmənin sorğusu əsasında “Neftçala rayon Mərkəzi Xəstəxanası” X10 daxil olmuş 19 may 2025-ci il tarixli məktubdan görünür ki, Neftçala rayonu, Aşağı Surra kəndində yaşamış 21 may 1957-ci il təvəllüdlü X3 xx.xx.1989-cu ildə ölməsi ilə bağlı Neftçala rayon mərkəzi xəstəxanası X11nin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmiş və verilməsi mümkün deyildir. Məhkəmənin sorğusu əsasında Maraqlı şəxsndən daxil olmuş X3 20 iyun 1957-ci il tarixli doğum akt qeydindən görünür ki, o, 21 may 1957-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuşdur. İşə həmçinin X3 məzar daşını əks etdirən foto şəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 07 yanvar 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 21 may 1957-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X3 05 oktyabr 1989-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar