Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-401/2023 05.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair» ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 fevral 1978-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş, 02 may 2012-ci il tarixdə vəfat etmiş X2 və 22 may 1980-ci ildə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş, 24 iyul 2002-ci il tarixdə vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən «İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır». İddia ərizəsi prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun deyil. Belə ki, məhkəməyə təqdim edilmiş Ərizəçi tərəfindən imzalanmış ərizədən görünür ki, ərizəçi 27 fevral 1978-ci ildə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş, 02 may 2012-ci il tarixdə vəfat etmiş X2 ölüm faktının müəyyən edilməsi ilə yanaşı eyni zamanda 22 may 1980-ci ildə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş, 24 iyul 2002-ci il tarixdə vəfat etmiş X1 da ölüm faktının müəyyən edilməsi tələbinin də digər tələblə birlikdə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin məcəllənin 152.1.7-ci maddəsinə əsasən «bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-401/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-401/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver