Məhkəmə qərarları › İş №2(053)-429/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-429/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-429/2025 04.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 2000-ci ildə Neftçala rayonu, Abasallı kəndində doğulmuş qızı X1 16 fevral 2002-ci ildə Neftçala rayonu, Abasallı kəndində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi 03 mart 2025-ci il tarixdə ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, ərizənin “xahiş edirəm” hissəsində X1 doğum tarixinin səhvən 12 fevral 2000-ci il göstərildiyini, həmin tarixin 12 dekabr 2000-ci il kimi oxunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum qızı X2 12 dekabr 2000-ci ildə Neftçala rayonunda doğulmuşdur. X2 16 fevral 2002-ci il tarixdə Neftçala rayonu, Abasallı kəndində vəfat etmiş və onu yaxın qohum və qonşularının iştirakları ilə Neftçala rayonu, Abasallı kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Qızının ölümü barədə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində məlumat verilmədiyi üçün onun ölümü barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasına tibbi arayış üçün müraciət etsə də, ona həmin arayışın verilməsindən imtina edilmişdir. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin ölüm aktlarının qeydiyyatı kitabında müvafiq qeyd olmadığına görə ona mərhum qızının ölümü haqqında şəhadətnamə verilməmiş, cavab məktubunda ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mərhum qızı X1 ölüm faktının müəyyən olunması ona müvafiq sənədlərin rəsmiləşdirilməsi üçün lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 və X4 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilmiş «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi və X3 12 dekabr 2000-ci ildə Neftçala rayonu, Abasallı kəndində doğulmuş X1 valideynləridirlər. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, 26 nömrəli arayışda qeyd olunur: «Verilir arayış Ərizəçi ondan ötrü ki, həqiqətən o, Neftçala Rayon İHB-nı Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Abasallı kəndində yaşayır. Onun mərhum qızı X2 xx.xx.2000-ci il tarixində Neftçala rayonu, Abasallı kəndində anadan olmuşdur, xx.xx.2002-ci il tarixində Neftçala rayonu Abasallı kəndində vəfat etmişdir, Abasallı kənd qəbiristanlığında dəfn olunmuşdur....» «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X8 tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli arayışda qeyd olunur: «…12.Xİİ.2000-ci ildə Neftçala rayonu, Abasallı kəndində anadan olmuş və 2002-ci ildə vəfat etmiş X1 ölümü barədə Neftçala RMX-sı tərəfindən heç bir tibbi sənəd verilməmişdir...». İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş taxtadan məzar daşı fotoşəklinin üzərində «X2, xx.xx.2000, xx.xx.2002» yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 05 fevral 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 12 dekabr 2000-ci il tarixdə Neftçala rayonu, Abasallı kəndində doğulmuş X1 16 fevral 2002-ci ildə Neftçala rayonu, Abasallı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar