Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-435/2025 28.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 1996-cı ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, 15 fevral 1997-ci ildə Neftçala rayonunda vəfat etmiş X5 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə təqdim edərək ərizəsinin “xahiş edirəm” hissəsində düzəliş edərək X2 15 fevral 1997-ci ildə Neftçala rayonu, Pirasora obası adlanan ərazidə ölməsi faktının müəyyən edilməsi kimi oxunmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, o, xx xxxx 1976-cı ildə Lerik rayonu, Pirasora kəndində anadan olmuşdur. X4 ilə 14 noyabr 1995-ci il tarixdə faktiki nikaha daxil olmuş, onların faktiki nikahından 27 sentyabr 1996-cı il təvəllüdlü X10 adlı bir övladları anadan olmuşdur. Onlar 10 iyul 1998-ci il tarixdə rəsmi nikahlarını qeyd etdirmişlər. X15 üçün tibb müəssisəsindən doğum haqqında şəhadətnamə almışdır. X20 birgə rəsmi nikahları halhazıra kimi davam edir. Qızı vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. X2 15 fevral 1997-ci ildə Neftçala rayonunda ölməsi faktını şahidlər də təsdiq edə bilər. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Maraqlı şəxs özünün imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məqsədi ölüm haqqında şəhadətnaməni əldə etməkdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara muraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Qeyd edir ki, hazırda X2 ölümü barədə lazımi sənədin olmaması ona və ailənin digər üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Qızı X1 rayonu ərazisində yerləşən Pirasora obasında vəfat etmiş və həmin ərazidə olan qəbiristanlıqda dəfn olunmuşdur. Qonşuluqda yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər X5 ölüm faktını təsdiq edə bilərlər. Məhkəmənin baxışı iclasında şahid qismində dindirilmiş X7 və X11 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1976-cı ildə Lerik rayonunun Pirasora kəndində doğulmuşdur. İşə əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X9 02 fevral 1980-ci ildə doğulmuşdur. “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X8 arasında 10 iyul 1998-ci ildə 96 nömrəsi ilə nikah qeyd edilmiş, nikahdan sonra arvad “Orucova” soyadını qəbul etmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X19 arayışından görünür ki, 27 noyabr 1996-ci ildə anadan olmuş və həmin ildə vəfat etmiş X5 ölümü barədə Neftçala rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi sənəd verilməmişdir. Məhkəmənin sorğusu əsasında Maraqlı şəxsndən daxil olmuş X5 13 iyul 1998-ci il tarixli doğum akt qeydindən görünür ki, o, 27 sentyabr 1996-ci ildə Neftçala rayonu, Aşağı Qaraymanlı kəndində doğulmuşdur. İşə əlavə edilmiş şəhid ailəsinin üzvünün vəsiqələrinin surətləri ilə müəyyən olunur ki, Ərizəçi və X9 şəhid ailəsinin üzvüdürlər. İşə həmçinin X5 məzar daşını əks etdirən foto şəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 06 yanvar 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 27 sentyabr 1996-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş X5 15 fevral 1997-ci ildə Neftçala rayonu, Pirasora obası adlanan ərazidə ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-435/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-435/2025
28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver