Məhkəmə qərarları › İş №2(053)-459/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-459/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-459/2025 05.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 avqust 1990-cı ildə Neftçala rayonu, Cəngan inzibati ərazi dairəsinin Qaraqaşlı kəndində doğulmuş X8 10 noyabr 1990-cı ildə Neftçala rayonu, Cəngan inzibati ərazi dairəsinin Qaraqaşlı kəndində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Cəngan inzibati ərazi dairəsinin Qaraqaşlı kəndində yaşayır. 1988-ci ildə X10 ilə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 04 fevral 1989-cu ildə Muradova (Abasova) Pərvanə Arif qızı və Muradova (Abasova) Nisə Arif qızı, 15 avqust 1990-cı ildə X11, 24 aprel 1992-ci ildə Süleymanova (Abasova) Arzu Arif qızı və 21 oktyabr 2000-ci ildə X12 adlı uşaqları doğulmuşdur. X4 və oğlu X11 ölmüşlər. Mərhum X4nun ölüm haqqında şəhadətnaməsi mövcud olsa da, mərhum oğlu X8 ölümü haqqında heç bir yerdə rəsmi qeydiyyat aparılmadığından onun adına ölüm haqqında şəhadətnamə mövcud deyil. Mərhum oğlu X11 15 avqust 1990-cı ildə Neftçala rayonu, Qaraqaşlı kəndində doğulmuşdur. Körpə aylarında uşağın səhhətində ciddi problemlər baş verməsə də, doğulduqdan 2 ay sonra uşaqda xroniki xəstəlik, yəni göy öskürək aşkar edilmişdir. Bu səbəbdən uşaq həkim nəzarətində saxlanılırdı. Daha sonra oğlu 10 noyabr 1990-cı ildə göy öskürək xəstəliyi səbəbindən ölmüşdür. X11 yaşadıqları Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxtlar bəzi məsələlərə görə ölüm haqqında şəhadətnamə alınması üçün müraciət edilməmiş, sonradan oğlunun ölümü barədə sorğu etdiyi aidiyyatı orqanlar isə ona imtina sənədi vermişlər. Belə ki, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona mərhum oğlunun ölümü barədə heç bir sənəd olmadığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanası X14nə və Neftçala Rayon Mərkəzi Xəstəxanası X14nə müraciət etmiş, lakin hər iki xəstəxana tərəfindən X8 ölümü barədə heç bir tibbi sənədin olmaması barədə imtina arayışı verilmişdir. Oğlu Nemətin 1990-cı ildə ölməsini və mərhumun Neftçala rayonu, Cəngan inzibati ərazi dairəsinin Qaraqaşlı kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunmasını dəfn mərasimində iştirak etmiş X1 və X2 da təsdiq edə bilərlər. Qeyd edir ki, oğlu Nemətin ölüm faktının təsdiqlənməsi ailəsinin, həmçinin mərhum oğlunun da adı daxil edilməklə bəzi sənədlərin alınması, onların bir sıra hüquqları, vərəsəliklə və s. əlaqədar digər işlərin həyata keçirilməsi üçün zəruridir Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X1 və X2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 04 iyun 1988-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə akt qeydləri kitabında 12 nömrəsi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada «Abasova» soyadı verilib. Məhkəmənin müvafiq sorğusu əsasında Maraqlı şəxs tərəfindən verilmiş «Doğum haqqında akt qeydi»nin surətindən görünür ki, X10 və Ərizəçi 15 avqust 1990-cı il təvəllüdlü X8 valideynləridirlər. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X10 07 iyul 2016-cı ildə Neftçala rayonu, Qaraqaşlı kəndində ölmüşdür. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli arayışda qeyd olunur: «...Neftçala rayon Qaraqaşlı kənd sakini Ərizəçi bildirdiyinə görə onun xx.xx.1990-cı il tarixində dünyaya gətirdiyi oğlu X11 doğulduqdan 3 ay sonra ölmüşdür və Neftçala rayonunun Qaraqaşlı kənd qəbiristanlığında dəfn olunmuşdur». «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli arayışda qeyd olunur: «…Neftçala rayonu, Kürqaraqaşlı kənd sakini 1990-cı ildə anadan olmuş və 1990-cı ildə vəfat etmiş X7 ölümü barədə Neftçala RMX-sı tərəfindən heç bir tibbi sənəd verilməmişdir». «Salyan Rayon Mərkəzi Xəstəxanası» X14 tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli arayışda qeyd olunur: «Verilir, Neftçala rayon Qaraqaşlı kənd sakini xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi ondan ötrü ki, o, həqiqətən “Yeni doğulmuşların qeydiyyat jurnalı” na əsasən xx.xx.1990-cı il tarixdə Salyan Rayon Mərkəzi Xəstəxanasının “Ginekologiya və Doğum” şöbəsinə daxil olmuşdur. xx.xx.1990-cı il tarixdə, saat 22:30 radələrində cinsi oğlan, çəkisi - 3000 qr, boyu - 50 sm olan vaxtlı diri oğlan uşağı dünyaya gətirmişdir. Zahı qadın xx.xx.1990-cı il tarixində doğum evindən evə buraxılmışdır». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkillər əlavə edilib. Həmin fotoşəkillərdən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzi olaraq taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 07 yanvar 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 15 avqust 1990-cı il tarixdə Neftçala rayonu, Cəngan inzibati ərazi dairəsinin Qaraqaşlı kəndində doğulmuş X8 10 noyabr 1990-cı ildə Neftçala rayonu, Qaraqaşlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar