Məhkəmə qərarları › İş №2(053)-460/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-460/2025

28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-460/2025 28.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 1998-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, 08 dekabr 1998-ci ildə Neftçala rayonunda vəfat etmiş X4 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, o, xx xxxx 1976-cı ildə Lerik rayonu, Pirasora kəndində anadan olmuşdur. X3 ilə 14 noyabr 1995-ci il tarixdə faktiki nikaha daxil olmuş, onların faktiki nikahlarından 12 may 1998-ci il təvəllüdlü X10 adlı bir qızları anadan olmuşdur. Onlar 10 iyul 1998-ci il tarixdə isə rəsmi nikahlarını qeyd etdirmişlər. X17 üçün tibb müəssisəsindən doğum haqqında şəhadətnamə almışlar. X19 nikahları hal-hazıra kimi davam edir. Qızım vəfat etdikdən sonra onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. X2 08 dekabr 1998-ci ildə Neftçala rayonunda ölməsi faktını şahidlər də təsdiq edə bilər. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Maraqlı şəxs özünün imtina məktubu ilə məhkəməyə müraciət etməyi ona tövsiyə etmişdir. Məqsədi ölüm haqqında şəhadətnaməni əldə etməkdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara muraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq, buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Hazırda X2 ölümü barədə lazımi sənədin olmaması ona, ailənin digər üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsinə maneələr yaradır. Qeyd edir ki, X1 rayonu ərazisində yerləşən Pirasora obasında vəfat etmiş və həmin ərazidə olan məzarlıqda dəfn olunmuşdur. Qonşuluqda yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər X4 ölüm faktını təsdiq edə bilərlər. Məhkəmənin baxışı iclasında şahid qismində dindirilmiş X5 və X9 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1976-cı ildə Lerik rayonunun Pirasora kəndində doğulmuşdur. İşə əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X8 02 fevral 1980-ci ildə doğulmuşdur. “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X6 arasında 10 iyul 1998-ci ildə 96 nömrəsi ilə nikah qeyd edilmiş, nikahdan sonra arvad “Orucova” soyadını qəbul etmişdir. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X15 məktubundan görünür ki, 12 may 1998ci ildə anadan olmuş və həmin ildə vafat etmiş X4 ölümü barədə Neftçala rayon Mərkəzi Xəstəxanası tərəfindən ölüm haqqında tibbi sənəd verilməmişdir. Məhkəmənin sorğusu əsasında Maraqlı şəxsndən daxil olmuş X4 06 iyun 1998-ci il tarixli doğum akt qeydindən görünür ki, o, 12 may 1998-ci ildə Neftçala rayonunda doğulmuşdur. İşə əlavə edilmiş şəhid ailəsinin üzvünün vəsiqələrinin surətləri ilə müəyyən olunur ki, Ərizəçi və X8 şəhid ailəsinin üzvüdürlər. İşə həmçinin X4 məzar daşını əks etdirən foto şəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 06 yanvar 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 12 may 1998-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş X4 08 dekabr 1998-ci ildə Neftçala rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar