Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-489/2024 30.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 noyabr 1992-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X1 15 mart 1998-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, qızı X4 21 noyabr 1992-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuşdur. Uşaqda anadangəlmə epilepsiya xəstəliyi olmuş və o, həmin xəstəlik səbəbindən 15 mart 1998-ci ildə ev şəraitində dünyasını dəyişmişdir. Minurə Neftçala rayonu, Aşağı Surra kənd qəbiristanlığında qohumlarının məzarları yerləşən ərazidə dəfn edilmişdir. Qızı kiçik yaşlarında dünyasını dəyişdiyindən adətə görə ona böyük məzar hazırlanmamış və məzar daşı qoyulmamışdır. Savadsızlıq üzündən uşağın ölümünün qeydə alınması üçün lazımi dövlət orqanına müraciət etməmişlər və nəticədə onun ölümü aidiyyəti dövlət orqanında qeydə alınmamışdır. Neftçala rayon Aqrar İslahatı Komissiyasının 10 oktyabr 1997-ci il tarixli, 23 saylı qərarı ilə onlara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün yaşadıqları kəndin ərazisində yerləşən 4.60 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə aid X3 də adı payçılar sırasında qeyd edilib. Sözügedən torpaq sahəsinə yeni növ mülkiyyət sənədinin (çıxarışın) əldə olunması zamanı məlum olmuşdur ki, qızı Minurənin ölümü dövlət qeydiyyatına alınmamışdır. Müraciəti əsasında Maraqlı şəxs tərəfindən araşdırma aparılmış və ona qızı Minurənin ölümü haqqında akt qeydinin aşkar edilmədiyi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməyi səbəbindən qızının vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməli olduğu rəsmi məktubla bildirilmişdir. Göründüyü kimi mərhum qızı Minurə Əhmədovaya ölüm haqqında şəhadətnamənin və ya onun ölümünü təsdiq edən hər hansı bir sənədin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X2 21 noyabr 1992-ci il təvəllüdlü X1 valideynləridirlər. Neftçala RPŞ tərəfindən 10 dekabr 2014-cü ildə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov X5 rayonu, Aşağı Surra kəndində qeydiyyatdadır. Neftçala rayonu, Aşağı Surra bələdiyyəsi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Ərizəçi 21 noyabr 1992-ci ildə doğulmuş qızı X4 valideynlərinin dediyinə görə 6 yaşında, yəni 1998-ci ildə Aşağı Surra kəndində vəfat etmişdir. Mərhumun dəfn olunduğu yerə baxış keçirilmiş və qəbrin şəkli çəkilmişdir. İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkillər əlavə edilib. Həmin fotoşəkillərdən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzi olaraq taxta parçası qoyulmuş ayrıca məzarın olduğu görünür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (AR-in Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 12 mart 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 21 noyabr 1992-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X1 15 mart 1998-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-489/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-489/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver