Məhkəmə qərarları › İş №2(053)-496/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-496/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-496/2024 27.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə X6 «şəxsin ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 dekabr 1959-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, 20 dekabr 1963-cü ildə vəfat etmiş X7 və 04 dekabr 1971-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, 10 iyul 1972-ci ildə vəfat etmiş X8 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsi C.Mikayılov küçəsində yaşayır. Qeyd edir ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi mərhum X11 ilə mərhum anası X2 məxsus olan və Neftçala rayonu, Bankə qəsəbəsi, Seyidlər kəndində yerləşən 3.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarış almaqda çətinlik çəkməsidir. Belə ki, 24 dekabr 1959-cu ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş bacısı X13 20 dekabr 1963-cü ildə, 04 dekabr 1971-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş digər bacısı X14 isə 10 iyul 1972-ci ildə vəfat etmiş, lakin onların ölümləri müvafiq dövlət orqanında qeydiyyata alınmamış, həmçinin onların adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala şöbəsi X13 və X8 ölüm haqqında şəhadətnamələri olmadığı üçün yuxarıda qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsinin mümkün olmadığını bildirmişdir. X13 və X1 rayonu, Bankə qəsəbəsi, Seyidlər kənd qəbiristanlığında dəfn olunub. Bacılarının hər ikisi kiçik yaşlarında dünyasını dəyişdiyindən adətə görə onlara böyük məzar hazırlanmamış və məzar daşı qoyulmamışdır. Lakin onların ölümü rəsmən qeydə alınmadığından, müraciətlərinə aidiyyəti orqanlar tərəfindən imtina məktubu verilmişdir. Belə ki, bu barədə «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X19 müraciətinə cavab olaraq bildirilib ki, Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən mərhum bacılarının ölümü barədə heç bir tibbi sənəd və tibbi şəhadətnamə verilməyib. Daha sonra ölüm haqqında şəhadətnamə alması üçün müraciət etdiyi Maraqlı şəxsndən də bildirilmişdir ki, bacılarının ölümü rəsmən qeydə alınmadığından, bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Bacılarının həqiqətən dünyasını dəyişmələrini, onların Seyidlər kənd qəbiristanlığında dəfn olunmalarını bir çox şəxslər, o cümlədən X21 və X15 şahid qismində təsdiq edə bilərlər. Qeyd edir ki, mərhum bacılarının ölüm faktının təsdiqlənməsi torpaq sahəsinə yeni mülkiyyət sənədinin, yəni çıxarışın alınması, habelə vərəsəliklə bağlı bir sıra hüquqları və digər işləri həyata keçirmələri üçün zəruridir. Ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X21 və X15 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli arayışdan görünür ki, X26 və X4 nikahı haqqında 03 avqust 1956-cı il tarixdə 297 nömrəli akt qeydi tətrtib olunmuşdur. Arayışda nikahın qeydə alındığı yerin Maraqlı şəxs olduğu, həmçinin nikah bağlandıqdan sonra arvada «Yusubova» soyadının verildiyi qeyd edilmişdir. «Ölüm haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, X26 29 iyun 2005-ci ildə, X9 isə 19 oktyabr 2015-ci ildə ölüblər. «Doğum haqqında» 17 nömrəli akt qeydinin surətindən görünür ki, X13 24 dekabr 1959-cu ildə Salyan rayonu, Bankə qəsəbəsində doğulub. X11, anası isə X5r. «Doğum haqqında» 20 nömrəli akt qeydinin surətindən görünür ki, X14 04 dekabr 1971-ci ildə Salyan rayonu, Bankə qəsəbəsində doğulub. X11, anası isə X5r. «Doğum qeydi barədə» arayışdan görünür ki, Ərizəçi xx xxxx 1961-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulub. X11, anası isə X5r. Beləliklə yuxarıda qeyd olunan sənədlərlə müəyyən olunur ki, X26 ilə X3 birgə ailə münasibətlərindən 24 dekabr 1959-cu ildə X13, xx xxxx 1961-ci ildə Ərizəçi və 04 dekabr 1971-ci ildə X14 adlı uşaqların doğulub və Ərizəçi 24 dekabr 1959-cu il təvəllüdlü X7 və 04 dekabr 1971-ci il təvəllüdlü X8 qardaşıdır. Neftçala RPŞ tərəfindən 27 yanvar 2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yusubov X10 rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi ünvanı üzrə qeydiyyatdadır. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X31 tərəfindən verilmiş 16 mart 2024-cü il tarixli 99 nömrəli arayışında qeyd olunur: «…xx.xx.1959-cu ildə Neftçala rayon, Bankə qəsəbəsində anadan olmuş X13 və xx.xx.1971-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş X8 ölümləri haqda bizdə heç bir məlumat yoxdur və hazırda o illərin sənədləri xəstəxana arxivində yoxdur. Sənədlər Maraqlı şəxsnə təhvil verilib». Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2024-cü il tarixli arayışında qeyd olunur: «…Ərizəçi bacısı X13 xx.xx.1959-cu ildə doğulub, X14 xx.xx.1971-ci ildə doğulub. X13 xx.xx.1963, X14 xx.xx.1972-ci illərdə vəfat ediblər və hər ikisi Seyidlər qəbristanlığında dəfn olunublar…». İş materiallarına qəbiristanlıq ərazisindən çəkilmiş fotoşəkillər əlavə edilib. Həmin fotoşəkillərdən ümumi məzarların yaxınlığında üzərinə məzar daşı əvəzi olaraq taxta parçası qoyulmuş 2 ədəd ayrıca məzarın olduğu görünür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 14 mart 2024-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 24 dekabr 1959-cu ildə Salyan (hazırda Neftçala) rayonu, Bankə qəsəbəsində doğulmuş X7 20 dekabr 1963-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində ölməsi faktı və 04 dekabr 1971-ci ildə Salyan (hazırda Neftçala) rayonu, Bankə qəsəbəsində doğulmuş X8 10 iyul 1972-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar