Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-524/2025 22.05.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 1968-ci ildə Neftçala rayonunda doğulmuş, 23 noyabr 1991-ci ildə Neftçala rayonunda vəfat etmiş X1 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, mərhum X2 07 oktyabr 1968-ci ildə Neftçala rayonunda doğulmuşdur. X2 23 noyabr 1991-ci il tarixdə Neftçala rayonunda vəfat etmiş və onu yaxın qohum va qonşularının iştirakları ilə Neftçala şəhərində yerləşən Piratəvan qəbiristanlığında dəfn etmişlər. X1 ölümü qanunvericilikdə müəyyən edilmiş müddətdə məlumat verilmədiyi üçün bu barədə müvafiq sənədləşmə işləri aparılmamışdır. Neftçala Rayon Mərkəzi Xəstəxanasına tibbi arayış üçün müraciət etsə də, ona həmin arayışın verilməsindən imtina edilmişdir. Daha sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ölüm aktlarının qeydiyyatı kitabında müvafiq qeyd olmadığına görə ona mərhum X1 ölümü haqqında şəhadətnamə verilməmiş, cavab məktubunda ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mərhum X1 ölüm faktının müəyyən olunması ona müvafiq sənədlərin rəsmiləşdirilməsi üçün lazımdır. Məhkəmənin baxışı iclasında şahid qismində dindirilmiş X5, X6i və X7 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1964-cü ildə Neftçala şəhərində doğulmuşdur. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 07 oktyabr 1968-ci il tarixdə anadan olmuşdur. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X13 arayışından görünür ki, 1968-ci ildə Neftçala rayonunda anadan olmuş və 23 noyabr 1991-ci ildə vəfat etmiş X3 ölümü barədə Neftçala rayon Mərkəzi Xəstəxanası tərəfindən heç bir tibbi sənəd verilməmişdir. İşə həmçinin X3 məzar daşını əks etdirən foto şəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 27 fevral 2025-ci il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 07 oktyabr 1968-ci il tarixdə Neftçala rayonunda doğulmuş X3 23 noyabr 1991-ci ildə Neftçala rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-524/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-524/2025
22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver