Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-547/2024 02.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanmış 10 yanvar 2024-cü il tarixli, ******* nömrəli barışıq sazişinin təsdiq edilməsi və tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında birgə nikahdan doğulmuş övladları – 09 fevral 2012-ci il təvəllüdlü X3 və 16 noyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər yaşayış yerlərinin onun (ərizəçinin) yaşayış yeri üzrə müəyyən olunması və onların bu müddət ərzində saxlanması üçün ümumilikdə 300 (üç yüz) manat alimentin maraqlı şəxsin vəsaitindən xeyrinə ödənilməsinə dair razılıq əldə olunmuş, bu barədə aralarında 10 yanvar 2024-cü il tarixli, ******* nömrəli barışıq sazişi bağlanmışdır. Saziş elə həmin tarixdə də imzalanmış və qüvvəyə minmişdir. Cari tarix üçün sazişin qüvvəyə mindiyi vaxtdan 3 (üç) aya yaxın bir müddətin keçməsinə baxmayaraq maraqlı şəxs tərəfindən öhdəsinə götürülən şərtlər lazımınca icra edilməyərək pozulmuş, bu müddət ərzində aliment öhdəliyi yalnız 200 (iki yüz) manat həcmində icra edilmişdir. Beləliklə, maraqlı şəxsin barışıq sazişi üzrə götürdüyü öhdəliklərə dair məcburi icra mexanizminin formalaşdırılması zərurəti yaranmışdır. Qeyd edilən xüsusatlar nəzərə alınmaqla Maraqlı şəxs ilə arasında mediasiya prosesində bağlanmış 10 yanvar 2024-cü il tarixli, ******* nömrəli barışıq sazişi təsdiq edilməlidir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Ərizəçi gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Maraqlı şəxs gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ərizə təmin olunmalıdır. Salyan 1 saylı Mediasiya Təşkilatında həyata keçirilmiş mediasiya prosesi nəticəsində 10 yanvar 2024-cü il tarixində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış ******* nömrəli barışıq sazişi aşağıdakı məzmundadır: «1. Bu Barışıq sazişi (bundan sonra «Saziş» adlandırılacaq) mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə dair əldə edilən razılaşmadır.
2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda «Tərəf» və birlikdə «Tərəflər» adlandırılacaqdır. Mübahisənin predmeti: Nikahın pozulması, uşaqların saxlanma yerinin müəyyən edilməsi, aliment tələbi. Sazişin icra olunma müddəti: 1 gün ərzində. Sazişin nüsxələrinin sayı: 3 ədəd. Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri.
1. Mən Ərizəçi Maraqlı şəxs ilə 2010-cu ildə Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam. 1.1. Nikahımız pozulduqdan sonra birgə nikahımız dövründə doğulmuş xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 mənim himayəmdə qalmasına razıyam. 1.2. Övladlarımın saxlanılması üçün Maraqlı şəxs hər uşağa, hər ay 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment ödəməsinə razıyam. Alimenti mənim adıma olan bank hesabına ödəməsinə razıyam. 1.3. Övladlarım mənim himayəmdə olduğu müddət ərzində, ataları Maraqlı şəxs ilə hər həftənin şənbə günü səhər saat 10.00-dan bazar günü saat 16.00-a qədər ünsiyyətdə olmağına razıyam və bunun üçün lazımi şərait yaradacağımı öhdəmə götürürəm. 1.4. Maraqlı şəxs başqa heç bir iddiam və tələbim yoxdur.
1. Mən Muxtarov Maraqlı şəxs Səkinə Ədalət qızı ilə 2010-cu ildə Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahımızın pozulmasına razıyam. 1.1. Nikahımız pozulduqdan sonra birgə nikahımız dövründə doğulmuş xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalmasına razıyam. 1.2. Övladlarım analarının himayəsində olduqları müddət ərzində onların saxlanılması üçün hər uşağa, hər ay 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment ödəməyi öhdəmə götürürəm. Alimenti Ərizəçi bank hesabına ödəyəcəm. 1.3. Övladlarım analarının himayəsində olduğu müddət ərzində onlarla hər həftənin şənbə günü səhər saat 10.00-dan bazar günü saat 16.00-a qədər ünsiyyətdə olacağımı öhdəmə götürürəm. 1.4. Övladlarımı ünsiyyətdə olduğum müddətdə Ərizəçi yaşadığı ünvandan götürüb, ünsiyyətin bitdiyi vaxtda qeyd olunan ünvanda da özünə qaytaracağımı öhdəmə götürürəm. 1.5. Ərizəçi başqa heç bir iddiam və tələbim yoxdur.
3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı səkildə azad edirlər.
6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır.
7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.
10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı bir müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Terəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.
13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin icazəsi ilə);
17. Tərəflər arasında digər razılaşma yoxdursa, «iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi» və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünü idarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.
19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.
21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.
22. Fors-major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər)». Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən ««Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər». «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən «34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur». Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən «Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir». Məhkəmə müvafiq sazişi nəzərdən keçirərək, hesab edir ki, o, mahiyyət etibarilə qanuna zidd deyil. Beləliklə, məhkəmə işin məhkəmə baxışı zamanı toplanmış sübutların cəminə qiymət verərək barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddətin keçməsini, həmçinin barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalıdır. Ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən xidmət haqqı ilə birlikdə 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Ərizənin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən xidmət haqqı ilə birlikdə ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 355-23 – 355-25, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin olunsun. Salyan 1 saylı Mediasiya Təşkilatında həyata keçirilmiş mediasiya prosesi nəticəsində 10 yanvar 2024-cü il tarixində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış ******* nömrəli barışıq sazişi təsdiq edilsin. Məhkəməyə müraciət edilərkən dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 100 (yüz) manat) 40 (qırx) qəpik məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Qədimov