Məhkəmə qərarları › İş №2(053)-561/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-561/2023

29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-561/2023 29.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 1978-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş övladı X4 02 may 2012-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, həyat yoldaşı X1 ilə 03 noyabr 1974-cü il tarixli birgə nikahlarından doğulmuş 27 fevral 1978-ci il təvəllüdlü X10 02 may 2012-ci ildə vəfat etmiş, onun ölümü haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 30 yanvar 2023-cü il tarixli, 05/31-76 nömrəli imtina məktubunda bildirmişdir ki, X10 və X7 barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X4 və X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra dövlət qeydiyyatına alına bilər. Neftçala Rayon Mərkəzi X6 Şəxsin 06 fevral 2023-cü il tarixli PHŞ 6-63/2-10 102/2023 nömrəli imtina məktubunda bildirir ki, Neftçala rayon Ramazanlı kəndində yaşamış 27 fevral 1978-cı il təvəllüdlü X4 02 may 2012-ci ildə, 22 may 1980-ci il təvəllüdlü X3 24 iyul 2002-ci ildə ölməsi ilə bağlı Neftçala rayon Mərkəzi X6 şəxsin statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. X4 02 may 2012-ci ildə vəfat etməsi onun məzar daşında qeyd edilməsi ölüm tarixləri ilə təsdiq olunur. Neftçala rayon İcra Hakimiyyəti başçısının Qaçaqkənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 41 saylı arayışından görünür ki, X4 nümayəndəlik ərazisində yerləşən Ramazanlı kənd qəbirstanlığında dəfn edilməsini göstərən məzar daşı olsa da, nümayəndəlikdə ölümün dövlət qeydiyyatına alınması ilə bağlı heç bir məlumat yoxdur. X5 ölüm faktının müəyyən olunması vərəsəlik işinin aparılması üçün ona lazımdır. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət edir. Ölüm haqqında şəhadətnaməni başqa cür əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 və X8 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 ilə X9 arasında nikah 03 noyabr 1974-cü il tarixdə 186 nömrəsi ilə qeyd edilmiş, nikahdan sonra arvada “İbadova “ soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 27 fevral 1978-ci il tarixdə anadan olmuş, X1 atası, Ərizəçi isə anasıdır. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X17 arayışından görünür ki, 27 fevral 1978ci il tarixdə anadan olmuş və 02 may 2012-ci il tarixdə yaşadığı evdə vəfat etmiş X4 ölümü haqqında Neftçala RMX-sı PHŞ-si tərəfindən ölüm haqqında heç bir tibbi sənəd verilməmişdir. Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Qaçaqkənd kənd İƏDÜN-nin 41 №-li məktubunda qeyd edilir ki, X4 nümayəndəlik ərazisində yerləşən Ramazanlı kənd qəbirstanlığında dəfn edilməsini göstərən məzar daşı olsa da, nümayəndəlikdə ölümün dövlət qeydiyyatına alınması ilə bağlı heç bir məlumat yoxdur. “Məzar daşı” abidəsinin fotoşəkillərində X4 doğum tarixi 1978-ci il, ölüm tarixi isə 02 may 2012-ci il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 30 yanvar 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 307, 311, 357–360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 27 fevral 1978-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində anadan olmuş X4 02 may 2012-ci il tarixdə Neftçala rayonu, Ramazanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar